Şrift:
Azərbaycanda 133 bələdiyyə sədri cəzalandırılıb
06.02.2019 [10:25] - Gündəm, Hüquq
2018-ci ildə bələdiyyələrin 143 vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilib.

Bu barədə “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında” sənəddə qeyd edilib.

Bildirilib ki, həmin protokollar üzrə 133 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib, 10 protokol isə baxılmaqdadır.

Bələdiyyə aktlarının hüquq ekspertizası və müraciətlərə baxılması zamanı müəyyən edilmiş hüquq pozuntuları və nöqsanların aradan qaldırılması və ya təkrar törədilməsinin qarşısının alınması məqsədilə bələdiyyələr müxtəlif məsələləri (torpaqların münbitliyinin qorunması, yerli büdcənin tərtib edilməsi, şəffaflıq və hesabatlılıq, büdcə vəsaitlərindən istifadə və s) əhatə edən 5976 tövsiyə göndərilib.

“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında” sənəd Milli Məclisin fevralın 12-də keçiriləcək iclasında müzakirə ediləcək.
Bu xəbər oxucular tərəfindən 615 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed