Şrift:
Azərbaycanda 6 ballıq zəlzələ oldu - RƏSMİ
06.02.2019 [10:30] - Xəbərlər, Hadisə
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi respublikamızda baş verən zəlzələ ilə bağlı məlumat yayıb. Mərkəzdən verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 23:31-də Pirquludan stansiyasından 11 km cənub-qərdbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5.3 bala qədər hiss olunub.
Zəlzələ nəticəsində hər hansı dağıntı və təlafatın olub-olmaması ilə bağlı məlumat verilmir.

23:39

Bu gün saat 23:30 radələrində paytaxtın bəzi ərazilərində yeraltı təkanlar hiss edilib. Hadisə barədə hazırda sosial şəbəklərdə də məlumatlar yayılmağa başlayıb. Məlumatlara görə, yeraltı təkanlar təqribən 3-4 maqnituda gücündə olub.

Baş verən zəlzələ ilə bağlı hələlik rəsmi məlumat yoxdur.

Qeyd edək ki, bu gün günorta saatlarında Azərbaycanın cənub bölgəsində də zəlzələ olub. Zəlzələ nəticəsində dağıntılar və hər hansı təlafat qeydə alınmayıb.
Bu xəbər oxucular tərəfindən 495 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed