Şrift:
Azərbaycan Ordusunda kompüter şəbəkəsi inzibatçılığı kursu keçirilir
07.02.2019 [10:13] - Gündəm, Hərb
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində kompüter şəbəkəsi inzibatçılığı kursu keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, qoşunların idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədi ilə keçirilən kursda dinləyicilərə Azərbaycan Ordusunun silahlanmasına qəbul edilmiş müasir rabitə vasitələrinin üstünlükləri və tətbiqi mexanizmi haqqında ətraflı məlumat veriləcək.

Kurs iştirakçılarına kompüter bacarıqlarının artırılması, şəbəkə avadanlıqlarının istismarı üzrə nəzəri biliklərin və praktiki təcrübənin təkmilləşdirilməsi, həmçinin digər mövzulara dair mühazirələr oxunacaq.

Məşğələlərin keyfiyyətli təşkilini təmin etmək məqsədilə müasir tədris-laboratoriyasının bazasından istifadə olunur. Kursu müvəffəqiyyətlə bitirən hərbi qulluqçulara sertifikatlar veriləcək.
Bu xəbər oxucular tərəfindən 494 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed