Şrift:
Tokioya güclü qar yağacağı gözlənilir
09.02.2019 [10:05] - Gündəm, Hadisə
Yaponiya sinoptikləri fevralın 9-da paytaxt Tokionun da daxil olduğu Kanto regionunda güclü qar yağacağı barədə xəbərdarlıq ediblər.

Yaponiya Meteorologiya Agentliyi xəbər verir ki, güclü soyuq hava kütlələri və aşağı təzyiq şənbə günü səhərdən gecəyədək böyük əraziyə qar gətirəcək.

Güclü qar yağması nəticəsində fevralın 10-da səhər Kanto regionunun dağlıq ərazilərinə 10 santimetr, düzənlik əraziyə 8 santimetr və Tokionun 23 rayonuna 5 santimetr qalınlığında qar düşəcəyi gözlənilir.

Meteorologiya agentliyi insanları nəqliyyatın hərəkətində problemlər yaradacaq buzlu yollarda ehtiyatlı olmağa çağırır. Sürücülərə qış şinlərindən və ya zəncirlərdən istifadə etmək tövsiyə olunur.

Bəzi aviaşirkətlər şənbə gününə nəzərdə tutulan bir sıra reysləri artıq təxirə salıblar. Fevralın 9-da səhər saat 5-ə olan məlumata görə, “Japan Airlines” aviaşirkəti Tokionun “Haneda” və qonşuluqdakı Çiba prefekturasında yeləşən “Narita” aeroportlarında 50 reysi təxirə salıb.

“Jetstar” aviaşirkəti isə “Narita” və Aiçi prefekturasındakı “Tyubu” aeroportlarında 34 reysin uçuşunu dayandırıb. “Nippon Airways” şirkəti “Narita”ya cəmi 12 reysi həyata keçirib.

Aviadaşıyıcılar son məlumatları almaq üçün sərnişinlərdən öz elektron poçtlarını və şirkətlərin veb-saytlarını izləməyi xahiş edirlər.



Vüqar Ağayev
Bu xəbər oxucular tərəfindən 443 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed