01.08.2012 [14:57] - Hadisə
Yanğın zamanı bir neçə dəfə partlayış səsləri eşidilib
Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Ələddin İsgəndərov jurnalistlərə müsahibəsində bildirib ki, yanğının səbəbləri hələlik məlum deyil. Araşdırmalardan sonra yanğının səbəbləri müəyyən olunacaq və ictimaiyyətə açıqlanacaq.
Yataqxanada məskunlaşmış məcburi köçkünlərin evlə təminatı ilə bağlı suala cavab olaraq icra başçısı deyib ki, bundan öncə baş verən yanğından sonra da məcburu köçkünlər evlə təmin olunmuşdu.
"Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi müzakirələrdən sonra müvafiq addımlar atılacaq" deyə İsgəndərov bildirib.
***14.22
ANS-in hadisə yerində olan müxbiri Sevil Xaspoladovanın verdiyi məlumata görə, yanğın daha da şiddətlənib. Alovun ram edilməsi mümkün olmayıb. Hadisə yerin çox sayda yanğından mühafizə xidmətinin əməkdaşları və texnikası cəlb olunub. Hələlik yanğın nəticəsində xəsarət alanlar barədə məlumat verilmir.
*** 13.52
Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yanğın baş verən yataqxananın sakinləri evakuasiya edilib.
Məlumata görə, yanğın yataqxananın 3-cü mərtəbəsində yerləşən mənzillərdən birində meydana gəlib. Yataqxanadakı sakinlərin hamısı evakuasiya edilib. Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
***13.25
Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada güclü yanğın başlayıb.
Trend-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, Binəqədi rayonunda "Ramin" şadlıq evinin yaxınlığındakı məcburi köçkünlərin məskunlaşdığı yataqxananın 4-cü mərtəbəsində yanğın başlayıb.
Yataqxanada məskunlaşan sakinlər binanı tərk ediblər. Yanğın zamanı bir neçə dəfə partlayış səsləri də eşidilib.
Hazırda yanğın davam edir. Yanğın 5 mərtəbəli binanın 4 mərtəbəsini əhatə edir. Yanğın binanın yaxınlığındakı bazara da keçib.

Bu xəbər oxucular tərəfindən 1231 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |