11.02.2019 [09:19] - Gündəm, Mədəniyyət, DAVAMın yazıları
Bu il yanvarın 25-də "Ziya" qəzetinin ilk nömrəsinin türkdilli oxuculara ünvanlanmasının 140 ili tamam oldu.
Bu, böyük və əzəmətli tarixdir.Onun təntənə ilə keçirilməsi yolunda əzəmətli işlər görülməli idi.Görüldü də...2013-cü ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun xətti ilə "Ziya" qəzetinin
1879-1880-ci illərdə çıxan nömrələrinin ərəb qrafikalı orijinalından latın qrafikalı yazımıza transfoneliterasiyası bayram təntənəsi ilə qeyd olundu.Nəfis tərtibatlı "Ziya kitabı"nın varlığı haqqında oxuculara məlumat verildi.Təəssüf ki, bu kitabın oxuculara istiqamətlənən yolu hansı yoldasa ləngidi.Transfoneliterasiyanın elektron vatriantı internet vasitəsilə oxuculara çatdırıldı.Müəyyən qüsurlarına baxmayaraq, "Ziya kitabı" dünya oxucularına təqdim olunmağa layiqlı əsər kimi diqqəti cəlb etdi.Amma " Ziya" ilə az-çox tanışlığı olan tədqiqatçılardan biri kimi şəxsən mən çox pərt oldum, təəssüf hissi keçirdim; "Ziya"nın ilk 46 nömrəsi təqdimata düşməmişdi.Təqdimata və transfoneliterasiya kitabına düşən "Ziya"nın ikinci ilinin 30 nömrədən ibarət olan hissəsi idi.
Məsələ burasındadır ki, "Ziya" qəzetində onun islam qəzeti olduğu dəfələrlə yazılmışdır.Məhz buna görə də hər hicri ilinin əvvəlində qəzetin nömrələri təzələnməli , 1 rəqəmindən başlamalı idi.
"Ziya" nın ilk nömrəsi 1296-cı ilin məhərrəm ayından başlamalı idi.Lakin müəyyən texniki çətinliyə görə "Ziya"nın ilk nömrəsi hicri qəməri ilinin ikinci ayının-səfər ayının 16-da çıxmışdır ki, bu da miladi təqvimlə 1879-cu il yanvarın 25-nə düşür. Bu məlumat "Ziya" qəzetinin 19 noyabr 1879-cu il tarixli 44-cü nömrəsindəndir:
"Ziya" qəzetəsinin tə'b və nəşr olunmağını dost tutan həzəra məlum ola ki, həmin ildə qəzetə verilməkligi öhdəmizə götürək.Hərçənd niyyəimiz ona müncərr olmuş idi ki, qəzetəmizi keçən məhərrəm ayının ibtidasından verək. Çünki səneyi-islamiyyənin ibtidası ondan başlanır... Lakin işimizin ibtidası düşvar olmağa görə bacara bilmədük ki, bir parə kəsir və nöqsanatımızı cabəca edüb, məzkur niyyətimizi əmələ gətürək.Ona görə naçar olub səfər ayının 16-da əvvəlimci nömrəmizi zühurə gətirüb, ahəstə-ahəstə səy və himmət göstərdük".
"Ziya"nın ikinci ilinin ilk nəmrəsi 6 dekabr 1879-cu ildə yenə də birinci nömrədən başlayaraq çıxmışdır. 1880-ci il iyunun 26-da çıxan 30-cu nömrədən sonra qəzət yeni mətbəə şriftlərinin hazırlamması
üçün öz işinə 5 ay fasilə vermiş, üçuncü ilin ilk nömrəsi 1880-ci il dekabrın 9-da yeni nömrə ilə çıxmışdır.
"Ziya"nın 3-cü ilinin 1 və -ci və 2-ci nömrələri 1880-ci ildə, sonrakı nömrələri isə 1881-ci ildə çıxmışdır.
Yeri gəlmişkən qeyd edək ki,25 yqnvar 1879-cu ildən 26 iyun 1884-cq ilədək "Ziya" qzəztinin "Ziya" adı ilə 76, "Ziyayi-Qafqasiyyə" adı ilə 104 nömrəsi çap olunmuşdur.
Qəzetin banisi,imtiyaz sahibi Səid Əfəndi Ünsizadə, ilk redaktoru və baş mühərriri isə onun ortancıl qardaşı Cəlal Ünsizadə olmuşdur.Cəlal Ünsizadə 1883-il yanvarın 31- də "Kəşkül" adlı jurnalın nəşrinə başladığına görə "Ziya"dakı işindən uzaqlaşmışdır.
Aparılan ciddi tədqiqatlar göstərir ki, "Ziya" da , "Kəşkül" də Ünsizadə qardaşlarının birgə layihəsi idi.Həm Səid Ünsizadənin, həm də Cəlal Ünsizadənin əsas məqsədi rus müsəlmanlarını mətbuat vasitəsilə yuxudan oyatmaq idi. "Ziya" qəzetinin bağlanmasının əsas səbəbi də bu fikrin "Ziya" qəzetinin sonuncu-1884-cü il 26 iyun tarixli 11-ci nömrəsində açıq çəkildə ifadə olunması idi.
"Ziyayi-Qafqasiyyə" qəzeti bağlandı, "Kəşkül" qəzet formasında öz işini 1891-ci ilin oktyabrınadək davam etdirdi.Səid Ünsizadə 1890-cı ildə "Ziya"nın yenidən davam etdirilməsinə icazə istəsə də, istəyinə nail ola bilmədi.O, maarifçilik ideyalarını türk dünyasının baş şəhərində - İstanbulda davam etdirmək qərarına gəldi.Burada köhnə dostlarının köməyi ilə Maarif Məclisində yüksək vəzifədə ideoloji və pedaqoji çalışmalarını davam etdirdi, yeni təhsil proqramlarının yazılmasında və başqa dillərdən tərcümə olunmasında fəaliyyət göstərdi.
Səid Ünsizadə Osmanlı dövlətinin Məclisi Maarif əzalarından (üzvlərindən ) biri kimi türk egitim tarixində özünə şərəfli yer tutdu.O,İstanbulda Quranın türk dilində təfsirini yazdı.
1903-cü ildə dünyasını dəyişən Səid Ünsizadə İstanbuldakı Fatih Camii hazirəsində hörmətlə dəfn olundu.
Cəlal Ünsizadə də qardaşının İstanbula hicrətindən təxminən iki il sonra İstanbula getdi,burada yüksək səviyyəli dövlət qurumlarında tərcüməçi,kitabxana müdiri,mətbuat müşaviri kimi vəzifələrdə çalışdı.
"Ulus" qəzetinin verdiyi xəbərə gərə o,1933-cü il fevralın 17-də Ankarada vəfat etmişdir.
Şəkli keçən il İstanbulda,Ünsizadələr nəslinin Arkun soyadını daşıyan qohumlarından taapılsa da, qəbrinin yeri hələlik məlum deyil.
***
Uzun illər Səid Ünsizadənin Türkiyə həyatı haqqında geniş oxucu kütləsinə, eləcə də elm
adamlarına, demək olar ki, heç nə məlum deyildi.Onun ölüm xəbərini oxuculara 20-25 il bundan qabaq mən xəbər vermişdim."Həyat" qəzetinin 1905-ci il 21 -сi nömrəsinin axırıncı səhifəsinin axırıncı sütunundakı nekroloqda göstərilirdi ki, türk dünyasının fazillərindən biri olan Səid Ünsizadə İstanbulda ömrünün 80 sinnində dünyasının dəyışmişdir.Nekroloqun altında "Həyat"ın rəhbərlərinin üçünün də-Əli bəy Hüseynzadə,Əhməd bəy Ağayev, Əlimərdan bəy Topşubaşovun imzaları var.
Sonralar məlum oldu ki, bu xəbəri Əli bəy Hüseynzadəyə S.Ünsizadənin qohumlarından biri Atamalıbəyov çatdırıbmış.Xəbərin doğruluğuna şübhə ola bilməzdi.Biz də məhz bu arxayınlığa görə
Səid Ünsizadədən bəhs edəndə 1905-ci ildə ölüm xəbəri verilən 80 yaşlı görkəmli marifçinin və din xadiminin 1825-ci ildə Şamaxıda anadn olduğunu,1905-ci ildə dünyadan köçdüyünü yazmışdıq.
Keçən il uzun axtarışlardan sonra Səid Ünsizadənun axtarışını apardığımız foto şəkli və İstanbulda Fatih Camii Məzarlığındakı qəbri də tapıldı.Səid Ünsizadənin şəkli hörmətli dostumuz Akif Aşırlinının Mətbuat Muzeyinin eksponatlarını daha da zənginləçdirdi.Bu işdə Səid Əfəndinin Bakdakı qohumlarından biri Zaur Səmədovun (O,Ünsizadə soyadından da istifadə edir-N.N.) xidmətləri təqdirəlayiqdir. Səid Ünsizadənin Fatih Camiidəki qəbrinin internet səhifələrindəki şəkli dünya türk mətbuatına yol tapdı.Qəbir daşındakı yazılar "Həyat" qəzetindəki nekroloqa uyğun gəlmirdi.Burada görkəmli maarifçinin yaşı və ölüm tarixi bizi yeni axtarışlarar aparmağa məcbur etdi. Həhayət, şərqşünasların oxumağa ehtiyat etdikləri baş daşındakı yazını mətnini tapdıq və qəbir daşında yaxşı oxunmayan sözləri aydınlaşdıra bildik.
Evrika! Tapıldı!!!...Səid Ünsizadə həqiqətləri tapıldı....
Sait Ünsi Efendi Mezar taşı
Fatih Camii haziresinde bulunmaktadır.
Vefat tarihi 1903 yıl.
Mezar taşı üzerindeki kitabe çok estetik olmamasına rağmen
kitabede bulunan ifade olarak çok önemlidir.
Mezar baş ve ayak taşından oluşmaktadır.
Baş taşı üzerinde sarık şeklinde bir serpuş bulunmaktadır.
Ayak taşı ise vazodan çıkan çiçek motifleriyle süslüdür.
61 yaşında vefat eden Sait Ünsi Efendi’nin hac farizasının
yerine getirmiş Meclisi Maarif azasından biri olduğu
ve Azerbaycan’da bir yer olan Semahi -Şirvan’da doğmuştur.
Teferruatlı malümat için kütüphanelerə baş vurun ifadesi yer almaktadır.
Taşın cinsinden kaynaklanan ve karıncalanma olarak bilinen tahribata
maruz kalan taşın üzerindeki harfler siyah renkle boyanmıştır.
Sekiz satır halinde ve celi talik hatla yazılan kitabe 1903 tarihlidir.
Kitabenin son iki satırı Farsça olarak yazılmıştır.
Sıdk ve yakin yolunda Hazreti Peygamber’in dininin tutkunu
Gül fidanından bir gül,
ismi Ünsi Sadettin
RELATED POSTS
***
Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi,türkoloq
Bakı.11.02.2019.
P.S."Həyat" qəzetindəki yazının-bəd xəbərin yanlışlığı-Səid Ünsizadənin ölüm xəbərinin
Azərbaycana iki ildən sonra təzə xəbər kimi çatdırılması Atamalıbəyovun günahı deyil.
"Həyat" - həyata təzə gəlmişdi.Qəzetin ilk nömrəsi 07.06.1905-ci ildə çıxmışdı.
Bu xəbər oxuculara başsağlığı kimi çatdırılmışdı.
Maraqlı burasındadır ki, "Həyat" Səid Ünsizadə haqqında ətraflı yazı yazmağı
Səid Əfəndi Ünsizadəni daha yaxşı tanıyan oxuculardan xahiş edirdi.
"Həyat"ın sonrakı 304 nömrəsində redaksiyanın bu çağırıçına səs verən olmamışdır.
Bu barədə Əli bəy Hüseynzadənin arxivində maraqlı materialların olacağına inanırıq.
Hər halda məsələ daha diqqətlə araşdırılmalı və incələnməlidir.

Bu xəbər oxucular tərəfindən 755 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |