Şrift:
Ermənistan Müdafiə Nazirliyi muzdlu əsgərin ölümünü gizlədib
12.02.2019 [10:42] - Gündəm, Hərb
Ermənistan Müdafiə Nazirliyi Yeni il gecəsi güllələnən muzdlu əsgər Edqar Qriqoryanın ölümünü gizlədib.

Bunu jurnalistlərə ölkənin ombudsmanı Arman Tatoyan bildirib. Onun sözlərinə görə, məsələni dəqiqləşdirmək üçün Ermənistan Müdafiə Nazirliyinə və hərbi prokurorluğa sorğu göndərilib.

“Biz aydınlaşdırmaq istəyirik ki, muzdlu əsgər hansı şəraitdə öldürülüb və bu fakt nədən ictimaiyyətə açıqlanmayıb”, -deyə ombudsman vurğulayıb. O əlavə edib ki, sözügedən məsələ cəmiyyətdə böyük rezonans doğurub.

Erməni mətbuatının yaydığı xəbərdə deyilir ki, ölən əsgərin üç azyaşlı uşağı var. Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti isə qəribə məlumat yayıb: ”Biz əsgərin ölümü barədə məlumat verməmişik, amma onu gizlətməmişik”.

Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik komitəsi də bu məsələnin araşdırılmasına başlayıb.
Bu xəbər oxucular tərəfindən 453 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed