Şrift:
İranlı parlamentardan irqiçi açıqlama
02.08.2012 [10:57] - Güney Azərbaycan xəbərləri
Tehranın İran parlamentindəki millət vəkili Urmu Gölünün duz sunamisinin Tehrana çata biləcəyi ilə bağlı irqçi açıqlama verib.

Mucataba Rəhmandust “Fars” xəbər agentliyinə belə deyib:

“Əgər Urmu Gölünün gözlənilən duz sunamısının Tehrana çata biləcəyi ilə bağlı xəbər doğrudursa və ekspertlər bunu təsdiq edirsə, onda dərhal təcili tədbir alınmalıdır”.

Millət vəkili əlavə edib ki, “əgər bu məsələ doğrudursa, onu parlamentdə diqqətdə saxlayacayıq”.

Maraqlı məqam ondan ibarətdir ki, bu günə qədər azərbaycanlıların Urmu Gölü böhranı ilə bağlı etiraz səslərini bütün dünyanın duyduğu halda, hələ İran rejimi bu səsləri eşitməyib və ya eşidib heç bir reaksiya verməyib. Ancaq, İran rəsmiləri Tehranın təhlükədə olduğunu duyunca təcili tədbir barədə danışırlar. Budur İran rejiminin İranda yaşayan millətlərə qarşı ayri-seçkilik siyasəti... !
Bu xəbər oxucular tərəfindən 1246 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed