Şrift:
Azərbaycan ədəbiyyatına Türkiyədə hər zaman maraq və sevgi var
15.02.2019 [10:31] - Türk dünyası-Turan
Türkiyədə Azərbaycan ədəbiyyatına maraq hər zaman böyük olub. Hətta deyərdim ki, Türkiyədə bədii ədəbiyyatın formalaşmasında Azərbaycan şair və yazıçılarının təsiri genişdir.

Bu sözləri Avrasiya Yazıçılar Birliyinin sədri Yaqub Öməroğlu müsahibəsində görkəmli dramaturq Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə Ankarada keçirilən konfransın əhəmiyyətini şərh edərkən deyib.

Ötən yüzillikdə Azərbaycan ədəbiyyatının Anadolu coğrafiyasında müxtəlif keyfiyyət mərhələləri ilə mövcud olduğunu diqqətə çatdıran Y.Öməroğlu bildirib ki, hamıya bəlli olan siyasi səbəblərə, o cümlədən təxminən yarım əsri əhatə edən qadağalara baxmayaraq, Azərbaycan ədəbiyyatına, şair və yazıçılara olan maraq və sevgi həmişə Türkiyə xalqının qəlbində qorunub.

Birliyin sədri söyləyib: “Hüseyn Cavad, Mikayıl Müşfiq, Cəfər Cabbarlı və başqaları Türkiyədə mühacirətdə olan müasirləri tərəfindən təbliğ olunublar. Cəfər Cabbarlıya gəldikdə, böyük dramaturq hər zaman Türkiyənin ədəbiyyat mühitində tanınıb və sevilib. Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra bütün sahələrdə olduğu kimi, ədəbiyyat aləmində də qaynayıb-qarışa bildik. Cabbarlının yaradıcılığı, onun nadir üslubu Azərbaycanda olduğu kimi, Türkiyədə də cəlbedicidir. TÜRKSOY-un keçirdiyi tanıtma layihələrində Cəfər Cabbarlıya yer ayrılması təqdirəlayiqdir”.



Sabir Şahtaxtı
Bu xəbər oxucular tərəfindən 425 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed