15.02.2019 [10:34] - Sağlıq
Məlumdur ki, yuxu xəstə insanın vəziyyətini yaxşılaşdırır. Tədqiqatlar göstərib ki, yuxuda immun sisteminin T hüceyrələri yenidən proqramlaşdırılır. Bu, onların effektivliyini artırır. İmmun sisteminin hüceyrələri bədənin zədələnmiş hüceyrələrini daha yaxşı tanımağa və onları məhv etməyə başlayır.
İmmun sisteminin hüceyrələri onların fəaliyyətini gücləndirən və yavaşıdan siqnallar alır. İkinci tip siqnal T hüceyrələrinin zədələnmiş hüceyrələrə qoşulmasına və onları məhv etməsinə mane olur. Zərərsiz sitomeqalovirusuna yoluxan insanların qanının laboratoriya tədqiqatları immun sistemi hüceyrələrinə təsir göstərən maddələrin dörd tipini aşkar etməyə imkan verib.
T hüceyrələrini yenidən proqramlaşdıran prostaqlandinlər də bu maddələr arasındadır. Onların T hüceyrələrinə təsiri nəticəsində bu hüceyrələr bədənin zədələnmiş hüceyrələrinə qoşulmağa kömək edən zülalları az hasil edir. Əldə olunan məlumatın təhlili və könüllülər üzərində aparılan eksperimentlər belə bir faktı müəyyən etməyə imkan verib: T hüceyrələrinin fəallığının qarşısını alan maddələrin səviyyəsi məhz yuxu zamanı azalıb.

Bu xəbər oxucular tərəfindən 492 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |