Şrift:
Türk ordusu Suriyaya girə bilər
02.08.2012 [12:30] - Xəbərlər
"Türk qoşunları Suriya sərhədini keçib, Hələbdən qaçan insanları himayəsinə ala bilər".

Hürriyet"in yazdığına görə, bu haqda Türkiyənin Xarici İşlər naziri Əhməd Davudoğlu açıqlama verib: "Əgər on minlərlə adam Türkiyəyə qaçacaqsa, Suriya ordusu isə onları atəşə tutacaqsa, nə biz, nə də digər dünya ölkələri bunu sakitcə izləməyəcək".

Nazir qeyd edib ki, 1988-ci ildə Səddam İraqın şimalında 5000 adam qətlə yetirəndə Ankara heç nə edə bilməmişdi. Türkiyə ikinci dəfə belə şeyə yol verməyəcək. "İndi bölgənin ən qaynar nöqtəsi Hələb şəhəridir. Şəhəri bürümüş böhran Türkiyənin stabilliyinə birbaşa təhlükə yaradır. Əvvəlcədən bəzi tədbirlərə hazırlıq görülür".

Ankaranın tədbirləri sırasında Suriya ərazisində təhlükəsiz məntəqə yaratmaq, yüz min nəfəri yerləşdirə bilən qaçqın düşərgələri qurmaqdır.
Bu xəbər oxucular tərəfindən 1234 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed