Şrift:
Güneyli milli fəal Vəhid Rastqu Təbriz zindanına köçürülüb
02.08.2012 [13:12] - Güney Azərbaycan xəbərləri
Azərbaycanlı fəal mühəndis Vəhid Rastqu 36 gün ETTELAATda (İran kəşfiyyat Nazirliyi) saxlanıldıqdan sonra Təbriz zindanına intiqal edilib.Rastqu öz ailəsi ilə əlaqə saxlayaraq, ETTELAAT idarəsindən Təbriz zindanının karantin bölümünə köçürüldüyünü bildirib.Azərbaycanlı fəal iyunun 24-ü İran rejiminin təhlükəsizlik qüvvələri tərəfindən öz ata evində tutuqlanıb və ETTELAATa aparılmışdır. Məmurlar milli-mədəni fəalı yaxalarkən ona aid bir sıra şəxsi əşya o cümlədən kompüter və bir neçə kitab özləri ilə aparıblar.Qeyd edək ki, adını çəkdiyimiz azərbaycanlı fəalın ailəsi bütün cəhdlərə baxmayaraq, onu mülki vəsiqə qarşılığında azad etməyə nail ola bilməyiblər. Onlar sadəcə onunla görüşməyə imkan tapıblar.
Bu xəbər oxucular tərəfindən 1394 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed