Şrift:
Rüşvət verməkdə ittiham olunan İsveç şirkətinin sabiq rəhbəri bəraət alıb
16.02.2019 [10:24] - Gündəm, Hüquq
İsveçin Telia Sonera Telekommunikasiya Şirkətinin Özbəkistanın birinci prezidenti İslam Kərimovun böyük qızı Gülnara Kərimovaya rüşvət verməkdə ittiham olunan sabiq direktoru və iki pop-menenceri Stokholm məhkəməsində bəraət alıb.

Şirkətin sabiq direktoru Lars Nüberq, Avrasiya bazarı üzrə məsul Türo Kivissari və şirkətin hüquqşünaslarından biri 2007-ci ildən 2010-cu ilədək Gülnara Kərimovaya 300 milyon avro rüşvət verməkdə ittiham olunurdular.

Məhkəmənin nümayəndəsi bildirib ki, ittiham olunanlar bütün maddələr üzrə təqsirsiz bilinib.



Qulu Kəngərli
Bu xəbər oxucular tərəfindən 742 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed