02.08.2012 [16:35] - Mədəniyyət
İsmayıl Seragəldin: “Nizami Gəncəvi həqiqətən də ümumbəşəri şəxsiyyət idi”
Məşhur İsgəndəriyyə Kitabxanasının direktoru, Dünya Elektron Kitabxanasının icraçı direktoru, BMT-nın Mədəniyyətlərarası dialoq üzrə xüsusi səfiri, doktor İsmayıl Seragəldin Nizami Gəncəvi ilə bağlı məqalə yazıb.
İ. Seragəldin dahi mütəfəkkirin 870 illiyi ilə bağlı yazıdığı məqalədə onun ömür yoluna nəzər salıb: “O, həqiqətən də ümumbəşəri şəxsiyyət idi, onun yaratdığı əsərlər Almaniyanın Hötesindən Azərbaycanın Qara Qarayevinə, Qərbin Erik Klaptona kimi bir çoxlarının yetişməsində önəmli rol oynayıb”.
Məqalədə Nizami Gəncəvi irsinin elmi araşdırmalarda əsas istinad nöqtəsi kimi qeyd olunduğu da vurğulanıb: “Onun fəlsəfə, riyaziyyat, biologiya, astrologiya, kimya, tibb sahəsindəki dərin biliyi, o cümlədən Quranı müfəssəl bilməsi, islamın fəlsəfə və qanunlarına münasibəti xüsusi önəm kəsb edir”.
Müəllif daha sonra Nizamini “zaman və məkanı birləşdirən körpü”, “dünya ədəbiyyatına ən böyük töhfə vermiş filosoflardan biri” adlandırıb: “Azərbaycan şairi olan Nizami Gəncəvinin yazdığı “Xəmsə” təkcə keçmişin simvolu deyil, o cümlədən dünyanın xəzinəsidir. Bütün böyük əfsanələrdə olduğu kimi tarixə malik adət-ənənələri ilə böyük sənətin sintezindən ümumbəşərilik zirvəsinə qalxıb”.
Qeyd edək ki, doktor İ. Seragəldin bu ilin sentyabrında Kooperasiya Universiteti və Azərbaycan Milli Elmlər Akademiyasının dəvəti, Dialoq Avrasiya Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanda səfərdə olacaq.
Səfər zamanı Təhsil, Mədəniyyət və Turizm Nazirlikləri, Diaspora Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası və Dövlət İqtisad Universiteti ilə əməkdaşlıqla bağlı müzakirələr aparılacaq, bir neçə mühazirə təşkil ediləcək. İ. Seragəldinin Gəncə şəhər İcra Hakimiyyətinin dəvəti ilə Nizami Gəncəvinin 870 illiyinə həsr olunmuş tədbirlərdə iştirakı da planlaşdırılır. Azərbaycana səfərindən öncə isə İ. Seragəldin Türkiyə və Gürcüstanda səfərdə olacaq.

Bu xəbər oxucular tərəfindən 1551 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |