Şrift:
Şimal bölgəsində ən çox qar Xızının Altıağac qəsəbəsinə yağıb
19.02.2019 [10:25] - Xəbərlər, Sosial, Bildiriş
Azərbaycanın şimal rayonlarına 14 santimetrədək qar yağıb. Ən çox yağıntı Xızı rayonunun Altıağac qəsəbəsində qeydə alınıb.

Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən bildiriblər ki, dağlıq ərazilərdə temperatur mənfi 11 dərəcəyədək aşağı düşüb.

Qubanın Qırız kəndinə 6, Xaltana 10, Xınalığa 8, Təngəaltına 13, Qusar rayonunun Ləzə kəndinə isə 7 santimetr qalınlıqda qar düşüb. Qubanın rayon mərkəzində qarın qalınlığı 11 santimetrdir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Quba-Xınalıq yolu qardan təmizlənir. Yerli sakinlərin, eləcə də turistlərin Xınalıq kəndinə gediş-gəlişində problem yoxdur.

Üç texnika və 15 nəfərdən ibarət növbətçi briqadalar yolun daha təhlükəli sayılan hissələrinə nəzarət edir.
Bu xəbər oxucular tərəfindən 669 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed