19.02.2019 [11:02] - Xəbərlər, Bildiriş
Fevralın 19-da səhərə yaxın yağan qar Ağsu dolaylarında nəqliyyatın hərəkəti üçün bir sıra çətinliklər yaradıb.
Qarın qalınlığı dolayların Ağsu şəhərindən başlanan ərazisində 5-6 santimetrdən Muğanlı istiqamətinə, şimala qalxdıqca 10-15 santimetrə çatır.
Sübh tezdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli idarəsinin işçiləri yolların təmizləməsinə başlayıblar. Səhər saat 9-dək dolaylarda sərt döngələr, ümumiyyətlə, təhlükəli ərazilər qardan təmizlənib, avtomobillərin hərəkəti təmin olunub.
Hazırda qar yağmaqda davam edir. Xüsusilə bu yol nasaz avtomobillər və təcrübəsiz sürücülər üçün təhlükəlidir.

Bu xəbər oxucular tərəfindən 588 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |