Şrift:
Azərbaycanda II ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanı keçirilir
03.08.2012 [09:39] - Gündəm, Mədəniyyət
Bu gün Azərbaycanda 2012/2013-cü tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə II ixtisas qrupu üzrə qəbul imtahanı keçiriləcək.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən verilən məlumata görə, imtahan Bakıda 22, Naxçıvanda 2, Gəncədə 5, Sumqayıtda 4, Şəkidə 3, Lənkəranda 3 binada keçiriləcək. Orta ümumtəhsil müəssisələrindən 1723 nəzarətçi-müəllimin iştirak edəcəyi imtahana 166 imtahan rəhbəri cəlb olunacaq.
II qrup üzrə 22867 abituriyent ərizə təqdim edib. Sənəd verənlərin 20177 nəfəri Azərbaycan bölməsinin, 2690 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 14611 nəfərini oğlanlar, 8256 nəfərini isə qızlar təşkil edir. 14521 nəfər orta ümumtəhsil məktəblərinin builki məzunudur. 7393 nəfər orta ümumtəhsil məktəblərini əvvəlki illərdə bitirən məzunlardır. Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 124 abituriyent xarici ölkələrin vətəndaşıdır. 73 abituriyent ali təhsillidir və II ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır. 880 abituriyent orta ixtisas təhsili müəssisələrinin məzunudur. Ən yaşlı abituriyent 1955-ci ildən, ən gənc isə 1997-ci ildəndir.
Bakı şəhərində 13794 abituriyent, Naxçıvanda 1008 abituriyent, Gəncədə 2692, Sumqayıtda 2600 abituriyent, Şəkidə 1385 abituriyent, Lənkəranda isə 1388 abituriyent imtahan verəcək. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat ərzində aparılacaq.
Bu xəbər oxucular tərəfindən 1280 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed