19.02.2019 [14:34] - Gündəm, DAVAMın yazıları
O qədər nəsnə var, hələ bilmirik,
Niyə bu bəladan yerə girmirik?
Ömür dediklərin başqa nəsnədir,
Biz ömrü yoruruq, ömür sürmürük.
Hanı bəy ərənlər,mərdlər,igidlər,
Hanı babalardan gələn öyüdlər?
Bar vermir hələ də qəşəng söyüdlər,
Hanı görünənlər, onu görmürük?..
Bu qədər təkəbbür,bu qədər qürur,
Vallah başımıza min qapaz vurur...
Ağıllı həyatda ömür,gün sürür,
Biz yüzü ikiyə bölə bilmirik.
Nədən qaynaqlanır bu hikkə bizdə,
İçimiz ağrıyır öz içimizdə,
Sadəyik,məmnunuq aşkarda,üzdə,
Vallah,güləndə də gülə bilmirik.
Ehey!!!! O dağlardan en aşağıya,
Gərəkdir bu hala bu el ağlaya.
Nə lazım insanda bu sifət,... guya
Ölmək istəyirik,ölə bilmiriik...
19.02.2019.
Niyə bu bəladan yerə girmirik?
Ömür dediklərin başqa nəsnədir,
Biz ömrü yoruruq, ömür sürmürük.
Hanı bəy ərənlər,mərdlər,igidlər,
Hanı babalardan gələn öyüdlər?
Bar vermir hələ də qəşəng söyüdlər,
Hanı görünənlər, onu görmürük?..
Bu qədər təkəbbür,bu qədər qürur,
Vallah başımıza min qapaz vurur...
Ağıllı həyatda ömür,gün sürür,
Biz yüzü ikiyə bölə bilmirik.
Nədən qaynaqlanır bu hikkə bizdə,
İçimiz ağrıyır öz içimizdə,
Sadəyik,məmnunuq aşkarda,üzdə,
Vallah,güləndə də gülə bilmirik.
Ehey!!!! O dağlardan en aşağıya,
Gərəkdir bu hala bu el ağlaya.
Nə lazım insanda bu sifət,... guya
Ölmək istəyirik,ölə bilmiriik...
19.02.2019.
Bu xəbər oxucular tərəfindən 754 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |