Şrift:
Xomeyninin nəvəsi İran rejiminin çadra ilə bağlı qərarını pisləyir.
03.08.2012 [11:12] - Sosial
İranın “jamaran.ir” saytı xəbər verir ki, Xomeyninin nəvəsi Nəimə İşraqi İranda çadranın icbari olmasına tərəfdar olmadığını bəyan etmişdir. Dini liderin nəvəsi öz müsahibəsində belə demişdir”: “Mənim fikrimcə çadranı icbari etməmək daha yaxşı olardı. Belə ki, biz çadranı icbari etməklə cəmiyyətdə təhlükəsizliyin səviyyəsini qaldırmaq istədik amma tam olaraq əksini müşahidə etdik.Təhlükəsizlik səviyyəsi aşağı endi. Biz çadranı icbari etməklə məhdudiyyət və qadağa yaratdıq, qız və oğlanların ünsiyyətini yasaq etdik. Bu vəziyyət küçələrdən evlərə daşındı”.

Ayətullah Xomeyninin nəvəsi London və Toronto şəhərlərində yaşadığını demiş və bu şəhərlərin Tehranla fərqini açıqlamışdır. Bu haqda danışarkən Nəimə İşraqi bunları qeyd etmişdir: “Tehranda yaşayan bir gənc qız mənzilindən çıxaraq bir yol qət edərkən Toronto kimi bir şəhərdə belə bir yol qət edən gənc qızdan daha çox çətinliklərlə qarşılaşır...

Bir qızın ləyaqəti Tehran kimi bir şəhərdə azad şəhərlərdən daha çox tapdalanır. Mənim fikrimcə, biz məcbur etmək və məhdudiyyət qoymaqla vəziyyəti bu yerə çatdırmışıq”.
Bu xəbər oxucular tərəfindən 1643 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed