Şrift:
BMT Baş Assambleyasında Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət müzakirə olunacaq
17.09.2011 [11:39] - Xəbərlər
BMT Baş Assambleyasının 66-cı sessiyasının 16 sentyabr 2011-ci il tarixində keçirilmiş plenar iclasında “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” və “GUAM məkanında davamlı münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişafa təsiri” adlı bəndlər sessiyanın gündəliyinə salınıb. Bu bəndlərin “Beynəlxalq sülh və təhlükəsizliyin qorunub-saxlanılması” mövzusu altında Assambleyanın plenar iclasında baxılması nəzərdə tutulur. Azərbaycanın BMT yanında Daimi nümayəndəliyindən verilən məlumata əsasən Ermənistan nümayəndəsi iclasın aparılma qaydası üzrə söz götürərək əvvəlki illərdə olduğu kimi ölkəsinin “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı bəndin gündəliyə salınması ilə bağlı ümumi razılığa qoşulmadığını bildirib.

Baş Assambleyanın 66-cı sessiyasının gündəliyinə həmçinin Azərbaycanın təklif etdiyi “Türkdilli ölkələrin Parlament Assambleyasının Baş Assambleyada müşahidəçi statusu” və Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin təklif etdiyi “Türkdilli dövlətlərin Əməkdaşlıq Şurasının Baş Assambleyada müşahidəçi statusu” adlı bəndlər salınıb.

Bu bəndlərə “Təşkilat, inzibati və digər məsələlər” mövzusu altında Assambleyanın hüquqi məsələlərlə məşğul olan Altıncı Komitəsində baxılması nəzərdə tutulur.
Bu xəbər oxucular tərəfindən 1184 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed