22.10.2011 [10:18] - Gündəm
Baş Assambleya, BMT Təhlükəsizlik Şurasına növbəti üzvün seçilməsi üçün oktyabrın 24-ü yenidən toplaşacaq.
Qeyd edək ki, Şərqi Avropaya ayrılan yer uğrunda əsas mübarizə Azərbaycan və Sloveniya arasında gedib. Səsvermə 10-cu turadək davam edib. Doqquz saat davam edən səsvermənin yekununda Azərbaycan 113 səs toplayaraq Sloveniyanı (77 səs) böyük üstünlüklə qabaqlayıb. Şərqi Avropadan üçüncü namizəd Macarıstan ilk turda bu ölkələr arasında ən az səs toplayaraq mübarizəni dayandırıb.
İlk 3 mərhələdə isə Toqo, Qvatemala, Mərakeş və Pakistan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçiliblər. BMT-nin ən nüfuzlu qurumu olan Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmək üçün 193 üzv dövlətin üçdə ikisinin səsini toplamaq lazımdır.
Xatırladaq ki, Azərbaycanın əsas rəqibi olan Sloveniya 1998-1999-cu illərdə BMT TŞ-nın qeyri-daimi üzvü olub.

Bu xəbər oxucular tərəfindən 1016 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |