Şrift:
İran “Taliban”a öz ərazisində ofis açmağa icazə verib
03.08.2012 [11:18] - Güney Azərbaycan xəbərləri
İran bu ilin aprel ayında ABŞ-ın strateji tərəfdaşı elan etdiyi Əfqanıstandakı fəaliyyətini artırmaq üçün “Taliban” terrorçularına öz ərazisində ofis açmaq icazəsi verib. Bu barədə Böyük Britaniya mətbuatı yazıb. Xəbərdə bildirilir ki, icazə “Taliban”ın İdarə Heyəti sayılan “Şura” üzvlərindən bir adama ötən may ayında verilib: “Ofisin Zahidan şəhərində açıldığı bildirilir. ABŞ kəşfiyyatı ötən ay “Taliban” üzvləri ilə İran İslam İnqilabı Keşikçilər Korpusuna (“Sepah”) bağlı “Qüds” qanadının komandanları arasında həyata keçirilən bəzi görüşlərdə Əfqanıstana raket atılmasına dair məsələnin müzakirə olunduğu müəyyənləşdirilib. Ancaq kəşfiyyatçılar bu silahların təslim edildiyinə dair hər hansı bir tapıntıya rast gəlmədiklərini, buna qarşı raketlərin “Taliban”a göndərilməsi halında bunun İranın terrorçulara verdiyi dəstəyin artması kimi sayılacağı bildirilib”.
Bu xəbər oxucular tərəfindən 1438 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed