22.02.2019 [08:59] - Gündəm, DAVAMın yazıları
Məlum olduğu kimi, bu il fevral ayının 22-də Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi tamam olacaq.
Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış və bütöv bir ədəbi məktəb formalaşdırmış qüdrətli şəxsiyyət Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin layiqincə qeyd olunmasını təmin etmək məqsədi ilə ölkə prezidenti, cənab İlham Əliyev müvafiq Sərəncam imzalamışdır. Azərbaycan xalqının çoxəsrlik mədəni sərvətləri xəzinəsinə misilsiz töhfələr vermiş söz ustası Cəlil Məmmədquluzadənin yubileyi münasibətilə ADMİU-nun Kitabxana-informasiya Mərkəzində “Mirzə Cəlil dühası” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada universitetin Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru fil.ü.e.d., professor Gülşən Əliyeva-Kəngərli, elmi katibi kul. ü.f.d., dosent Fatimat Məmmədova, Kitabxana-informasiya Mərkəzinin müdiri Tamilla Əsgərova və tələbələr iştirak ediblər.
Tədbirdə çıxış edən prof. G.Əlieyeva-Kəngərli vurğuladı ki, görkəmli yazıçının bədii nailiyyətlərlə zəngin irsində azərbaycançılıq məfkurəsi dövrün ictimai-siyasi fikrinin aparıcı amili kimi dolğun ifadəsini tapmışdır. O qeyd etdi ki, dahi sənətkar həyat həqiqətlərini, ictimai mühiti hərtərəfli əks etdirən və bədii-estetik dəyər daşıyıcısına çevrilən rəngarəng obrazlar qalereyası yaratmışdır. Ana dilinin saflığı uğrunda daim mübarizə aparmış Cəlil Məmmədquluzadənin meydana gətirdiyi qiymətli dram və nəsr əsərlərinin, parlaq publisistikasının dərin humanist məzmuna malik olduğunu, özündə milli və ümumbəşəri dəyərlərin vəhdətini ehtiva etdiyini diqqətə çatdıran prorektor, Azərbaycanda və onun hüdudlarından kənarda geniş yayılaraq milli oyanışa, yeniləşmə hərəkatına yol açan və azadlıq ideyalarının inkişafına qüvvətli təsir göstərən “Molla Nəsrəddin” jurnalının da məhz Mirzə Cəlil dühasının məhsulu olduğunu qeyd etdi. G.Əliyeva-Kəngərli onu da nəzərə çatdırdı ki, dahi ədibin "Poçt qutusu", "Usta Zeynal", "İranda hürriyyət", "Qurbanəli bəy" kimi hekayələri, məşhur "Ölülər" komediyası Azərbaycan realizmi və satirası tarixində şərəfli yer tutur və dramaturqun yaradıcılığında milli şüur ("Anamın kitabı", 1919), məktəb tərbiyəsi, ümumiyyətlə xalq maarifi ("Danabaş kəndinin məktəbi", 1921) problemlərinə geniş yer verilmişdir.
Daha sonra çıxış edən dosent Fatimat Məmmədova ilk nömrəsi 1906-cı il aprelin 7-də çıxan "Molla Nəsrəddin" jurnalının nəşrinə başlamaqla Cəlil Məmmədquluzadənin Azərbaycanda, eləcə də türk-müsəlman dünyasında ilk dəfə satirik jurnalistikanın əsasını qoyduğunu bildirdi. O vurğuladı ki, həmin vaxtdan Molla Nəsrəddin adı ilə tanınan Mirzə Cəlilin Mirzə Ələkbər Sabir, Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi, Ömər Faiq Nemanzadə, Əli Nəzmi, Əliqulu Qəmküsar kimi yazıçı və jurnalistlərlə möhkəm ideya-yaradıcılıq əlaqəsi yarandı. C.Məmmədquluzadənin təbliğ etdiyi dərin demokratizm və azadlıq ideyalarının jurnala ümumxalq məhəbbəti, beynəlxalq aləmdə böyük nüfuz qazandırdığını xüsusilə qeyd edən F.Məmmədova bildirdi ki, Mollanəsrəddinçilərin Yaxın və Orta Şərqdə "Molla Nəsrəddin məktəbi" adlı qüdrətli mətbuat və ədəbiyyat məktəbi yaratdılar. "Molla Nəsrəddin" "Suri-İsrafil" (Azərbaycan), "Nəsimi-şimal" (İran), "Cəm" (Türkiyə), "Uklar" , "Yəşen" (Tatarıstan), "Tokmaq" (Türkmənistan), "Sinək" (Krım) və s. satirik jurnallar üçün örnək olduğunu diqqətə çatdırdı.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçirilən dəyirmi masada tələbələr böyük dramaturqun əsərlərini təhlil edərək geniş ədəbi müzakirə apardılar. Tədbirin sonunda Kitabxana-informasiya Mərkəzinin müdiri Tamilla Əsgərova tələbələri böyük dramaturqun həyat və fəaliyyətini əks etdirən “Cəlil Məmmədquluzadə-150” adlı ədəbiyyat sərgisi ilə tanış etdi.

Bu xəbər oxucular tərəfindən 818 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |