22.02.2019 [11:03] - Gündəm, Hərb
2014-cü ildə İraq və Suriyada geniş ərazilər ələ keçirərək, bütün dünyanı lərzəyə salan İŞİD qruplaşması bu gün 10 kvadrat kilometr ərazidə nəzarəti əlində saxlayır.
Qruplaşmanın əlində saxladığı yeganə iri məntəqə Suriyaınn Deyr-əz-Zor vilayətində yerləşən, İraqla sərhədin yaxınlığındakı Əl-Baquz kəndidir.
Ötən gündən başlayaraq, Kürd Demokratik Qüvvələri (PYD) kəndi İŞİD-dən azad etmək üçün hücum əməliyyatlarına başlayıblar.
PYD-nin rəhbər şəxslərindən olan Çiya Furat Əl-Baquz kəndinin alınması ilə İŞİD-in nəzarəti altında daha heç bir yaşayış məntəqəsinin qalmayacağını açıqlayıb.
Ərazidə 500-ə qədər İŞİD-çinin olduğu və onların sona qədər vuruşacağı gözlənilir.
Ekspertlərin fikrincə, Əl-Baquz alınsa belə, İŞİD qruplaşması yaşayışın az olduğu Suriya səhrası və İraqın Anbar əyalətində partizan müharibəsinə davam edəcək.

Bu xəbər oxucular tərəfindən 406 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |