03.08.2012 [11:59] - Güney Azərbaycan-Təbriz, DAVAMın yazıları
Səməd Sərdariniyanın əsərləri tariximizi təhrif edənlərə, dilimizi dananlara elmi baxımdan əsaslandırılmış, tutarlı cavablardır.
İkiyə bölünmüş Azərbaycanın tarixinin araşdırılması çağımızın ən gərəkli işlərindən biridir. Bu yazımızda əslən Güney Azərbaycandan olan iki tarixçimiz haqqında, onların millət, Yurd təəssübkeşliyi haqqında danışacağıq.
Doktor Səməd Sərdariniya haqqında şübhəsiz, oxucularımız
eşitməmiş deyillər. O, yazıçı, tarixçi olub. 1940-cı ildə Təbrizin Əmirəqiz məhəlləsində anadan olub. Orta təhsilini başa vurduqdan sonra əvvəlcə Təbriz Universitetinin tarix, sonra isə Tehran Universitetinin hüquq fakültəsini bitirib. Tehran televiziyasında, Təbriz radiosunda çalışıb. Onun yaradıcılığının çiçəklənməsində «Varlıq» dərgisindəki fəaliyyətinin mühüm rolu olub. Həmin dərginin fəal yazarlarından olan Səməd Sərdariniyanın məqalələri xalqımızın tarixini təhrif edənlərə, dilimizi dananlara elmi baxımdan əsaslandırılmış, tutarlı cavablar olub. Səməd Sərdariniya bir-birinin ardınca dəyərli kitablar yazdı.
«Azərbaycan Məşrutə dönəmində», «Azərbaycanın məşhurları» (2 cilddə), «İrəvan müsəlmanların yaşadığı vilayət olmuşdur», «Təbriz — birincilər şəhəri», «Təbriz — İranda çap sənətinin beşiyi», «Arazın hər iki tayında müsəlmanların soyqırımı», «Molla Nəsrəddin Təbrizdə», «Məşrutə dönəmində Azərbaycan qəzetləri», «Təbriz Tənbəki üsyanı illərində», «Əli Müsyo», «Azərbaycan teatrının tarixi», «Bağır xan Salari-Milli», «Qarabağ müharibəsi», «Qarabağ tarixin gedişində» və s.
Səməd Sərdariniya Güney Azərbaycanda tariximizə yeni baxış təqdim edən, onu təhriflərdən, qərəzlərdən təmizləyib elmi təməl üzərində qurmağa çalışan tarixçilər nəslinin görkəmli nümayəndəsi idi. Araşdırmalarında daim Azərbaycana bütöv, vahid baxırdı. 2006-cı ildə alimin «Arazın hər iki tayında müsəlmanların soyqırımı» adlı dəyərli əsəri AMEA Şərqşünaslıq İnstitutu Elmi Şurasının qərarı ilə «Elm» nəşriyyatı tərəfindən (farscadan tərcümə edəni Atilla Maralanlı, elmi redaktoru Əkrəm Rəhimli) nəşr edilmiş və böyük maraqla qarşılanmışdı. Tanınmış tarixçi Əkrəm Rəhimli onun yaradıcılığını yüksək dəyərləndirir: «Səməd Sərdariniyanın yaradıcılığı hələ bundan sonra daha ciddi şəkildə araşdırılacaq».
Yaxşı yadımdadır, professor Seyidağa Onulllahi ilə bir neçə dəfə söhbətləşmişdim: həlim, astagəl, həm də inadlı, inamlı səsi vardı. Öz sahəsinin bilicisi idi. Azərbaycan tarixinə, mədəniyyətinə, dövlətçiliyinə münasibətdə hədsiz məsuliyyətli, ciddi sayğılı idi. Alim yaradıcılığının mənasını Azərbaycana ardıcıl, tükənməyən sevgidə görürdü. Onun yaradıcılığında, çıxışlarında Güney Azərbaycan məsələsi həmişə xüsusi yer tuturdu. Seyidağa Onullahi kimi araşdırmaçıların əməlləri öyrənilməli, sabahımız üçün yaşarı olanlar təzə ömürlərin, aqibətlərin yaradılmasına, yaşadılmasına yönəldilməlidir.
Araşdırmaçının radioda Güney Azərbaycan mövzusunda ardıcıl çıxışları bu gün də güneyli-quzeyli soydaşlarımızın yaxşı yadımdadır: dinləyicini daim düşünməyə məcbur edən çıxışları soydaşlarımızın Vətən təəssübkeşliyinin yaranmasında əhəmiyyətli rol oynamışdı. Təəssüf ki, milli, xəlqi yöndə iş görən insanları daim xatırlamaq, onların əməllərinə sahib durmaq ənənəmiz hələ istənilən səviyyədə formalaşmayıb.
Ömrünün son illərində BDU-nun «Azərbaycanın qədim və orta əsrlər tarixi (təbiət elmləri üzrə)» kafedrasının müdiri işləyirdi. Ömrü boyu çox acılar dadmışdı. O, Güney Azərbaycan uğrunda mübarizəyə çox ciddi yanaşırdı: anlayırdı ki, bu, beşgünlük mübarizə deyil.
Seyidağa Onullahi 1925-ci ildə Güney Azərbaycanın Astara şəhərində anadan olmuş, orada fars dilində orta məktəbi bitirmişdi. 1945-46-cı illərdə Güneydəki demokratik hərəkatda (silahlı üsyanda) iştirak etmiş, Astarada şəhər siyasi idarəsinin rəisi işləmişdi. Güney Azərbaycanda Pişəvəri hərəkatının faciəli süqutu zamanı Sovet Azərbaycanına gəlmiş, Zərdabi adına Pedaqoji İnstitutun tarix fakültəsini bitirmiş, 6 il Ağstafada dərs hissə müdiri, direktor vəzifələrində çalışmışdı. Uzun müddət EA-nın Tarix İnstitutunun «Orta əsrlər şöbəsi»ndə işləmişdi. «Təbriz şəhərinin tarixi» (1983), «İran fəhlələrinin tətil hərəkatı: 1951-1953-cü illər» (1963), «Övliya Çələbi», «Gəncənin tarixi», «Azərbaycan tarixi», eləcə də AMEA-nın çoxcildli «Azərbaycan tarixi» kitablarının müəlliflərindən biri idi. Onun «Erməni millətçiləri və İran» kitabı Londonda və Bakıda çap olunmuşdu. Fars, ərəb, fransız, rus, türk dillərini bilirdi. Orta yüzil qaynaqlarını araşdıraraq nəşr etdirmişdi.
Onunla olan söhbətlərim artıq xatirəyə dönüb: «Ağlım kəsəndən həyatım Vətənimlə sıx şəkildə bağlı, milli hissim həmişə qüvvətli olub. Cavanlıqdan İrandakı ağır vəziyyəti gördüm, bütün daxili aləmimlə mübarizəyə atıldım. Gördüm ki, insan mal-qarasıyla bir yerdə yaşayır. Ərdəbilin kəndlərində bu vəziyyəti görəndən sonra öz-özümə sual verdim ki, axı bu xalq niyə belə gündə yaşamalıdır? Mən özüm orta məktəbi fars dilində qurtarmışam. Orada Azərbaycan dilində təhsil, məktəb yoxdur. Xalqımın azadlığı uğrunda həm silahla, həm də ki, qələmlə ömrüm boyu vuruşmuşam. Məqsəd odur ki, Güney Azərbaycanda milli şüur artsın, soydaşlarımız haqlarını müdafiə etsinlər. Güney mövzusu ömrümdən, yaradıcılığımdan hər an keçir. Şovinist farslar azərbaycanlılara barmaqarası baxırlar. Kərəcdə (Tehran yaxınlığındadır) artist səhnədə dilimizi məsxərəyə qoymuşdu. Onda azərbaycanlıların biri həmin artistdən hiddətlə soruşmuşdu ki, sən nə üçün mənim dilimi məsxərəyə qoymaqla tamaşaçıları güldürmək istəyirsən? Güney Azərbaycandakı milyonlarla soydaşımızın çoxu İrana səpələnib. Baxımsızlıq ucbatından soydaşlarımız məcbur olur Tehran, Kərəc, İsfahan, Fars və başqa ərazilərə köçsünlər. Həticədə onlar assimilyasiya olunmaq — farslaşmaq təhlükəsiylə üzləşirlər. Bizim güney azərbaycanlılar fəxr edirlər ki, Tehranın bazarı, iqtisadiyyatı azərbaycanlıların əlindədir. Ancaq daha bilmirlər ki, uşaqları farslaşır: ata-ana azərbaycanlı, amma uşaq Azərbaycan türkcəsini bilmir. Əgər öz xalqını, millətini sevirsənsə, bu, başqa şeydir. Adam öz anasını sevməsə, başqasının anasına ən azı hörmət edə bilməz. Vətənə münasibət də elədir. İnsan gərək ilk növbədə millətinin taleyi, azadlığıyla maraqlansın. Öz hüquqlarını müdafiə edəndə deyirlər millətçisən. Millətçilik pis təqdim olunur, amma millətçilik pis deyil. Yoxsa fars kimi deyəsən ki, biz ən yüksək millətik. Sonuncu kitabımda bir fikri sitat gətirmişəm («Erməni millətçiləri və İran» kitabını nəzərdə tuturdu — red.). Erməni müəllifi yazır ki, bizlərlə farslar bir mədəniyyət beşiyində böyümüşük, türklər isə yolkəsən, oğru, çapqındır. Bax, bu, şovinizmdir. Hazırda Güney Azərbaycanda da ziyalılar artıq milli şüurca inkişaf edirlər. 1980-ci ildə Təbrizdə oldum. Təbriz Universitetinin müəllimləri xahiş etdi ki, bizə soykökümüz haqqında danışın. Hətta professorlar belə öz soykökünü bilmirdi. Fars şovinizmi qoymayıb ki, azərbaycanlıların soykökləri haqqında məlumatı olsun. Bizim yüksək mədəniyyət tariximiz var. Bizim Şumer — qədim türk mədəniyyəti görün haralara gedib çıxır? Şumer dilində 500-ə qədər Azərbaycan-türk sözü tapılıb ki, indi də o sözləri işlədirik. Biz özümüzdən ayrılmışıq, ona görə ki, Sasanilər hakimiyyətə gələndən sonra o dövrə qədərki türkcə kitabların hamısını, o cümlədən də qədim əlyazmalarımızı yandırdılar. İddia etdilər ki, ancaq ariya mədəniyyəti var, Sasanilər də ariya irqinə mənsubdurlar. Farsdan qabaq indiki İranın ərazisində türklər olub. «Cami-ət-təvarix» əsərində yazılır ki, türklərin 5 min il tarixi var. Təəssüf ki, onların qədim dövrə aid yazıları bugünümüə gəlib çıxmayıb. Bizdə «Dədə Qorqud»un 1300 illiyini qeyd etdilər; bu, düz deyil. Bəzi boylar var ki, miladdan çox qədimə gedir».
S.Onullahi «İran əvvəllər «Pers» adlanıb» deyirdi: «Sonralar 1933-cü ildə Rza şah fərman verdi ki, «İran» adlansın. Orta əsrlərdə «İran» yazılmırdı «Məmaliki-məhrusə» («qorunan ölkə») yazılırdı. İranda Fars əyaləti var, Xorasan, Gilan, Mazandaran, Xuzistan var: bunlar ayrı-ayrı əyalətlər olub, «İran» adlanırdı. İndi də Fars əyalətində qaşqaylar-türkdillilər yaşayır. Dillərini, adət-ənənələrini də saxlayıblar.» O, həmişə türkün biri-birini sevməməsini fəlakət sayırdı, «Manna, Midiya, Şirvanşahlar… Bu dövlətlər həmişə hücumlara məruz qalıblar və ya daxildən süquta uğrayıblar. Bizdə birlik olmayıb. Məsələn, Şah İsmayılla Sultan Səlim döyüşürdü. Əgər bu iki türk birləşsəydi, Avropaya qədər gedib çıxacaqdı. Türk türklə vuruşub, həmişə də onları avropalılar qızışdırıb. Tarixən bizdə elə olub: bizi biri-birimizə qarşı qoya biliblər. Gərək heç kəs bizə təsir eləyə bilməsin.»
Güney Azərbaycanda üç dəfə olan inqilabların heç birində qələbəni qoruyub saxlaya bilməməyimizin səbəbini daxili parçalanmada görən S.Onullahi deyirdi: «1920-ci il aprelin 7-də Xiyabani hakimiyyəti ələ aldı, sentyabrın 14-də öldürüldü. Həmin adamlar ki, Xiyabani tribunadan nitq söyləyəndə əl çalırdılar, o, öldürülüb dəfn edilməyə aparılanda yenə də əl çalırdılar. Hə qədər ki, bizdə milli şüur yüksək səviyyəyə qalxmayıb, yaranan bütün hərəkatların məğlub olmaq təhlükəsi var. Milli şüur o səviyyədə olmalıdır ki, şəxsi mənafeyini kənara qoymalı, milli mənafeyi yüksək tutmalısan».

Bu xəbər oxucular tərəfindən 1906 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |