Şrift:
Türkiyə XİN başçısı: “Uyğur türklərinə qarşı qanun pozuntularının aradan qaldırılmasını gözləyirik”
26.02.2019 [10:58] - Gündəm, Türk dünyası-Turan
"Uyğur türklərinin azadlıq və dini haqlarına qarşı tətbiq edilən qanun pozuntularının aradan qaldırılmasını gözləyirik”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu on minlərlə uyğur türkünü kütləvi düşərgələrdə saxlayan Çin hakimiyyətinə müraciətində bildirib.
O, rəsmi Pekindən Çindəki uyğurlar və başqa müsəlmanların mədəni kimliklərinin təhlükəsizliyinin tamamilə təmin edilməsini istədiklərini vurğulayıb.
Qeyd edək ki, Çin hakimiyyəti uyğurları kütləvi təlim düşərgələrində saxlayır. Çoxlu sayda uyğur ziyalı və sənət adamları itkin düşüb.
Ötən həftə Türkiyə Çindən uyğurların "siyasi təlim düşərgələri"ni bağlamasını tələb etmişdi.
Bu xəbər oxucular tərəfindən 503 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed