Şrift:
Dünyanın ən sağlam əhaliyə malik ölkələrinin siyahısına İspaniya başçılıq edir
27.02.2019 [10:09] - Gündəm, Sağlıq
Bloomberg agentliyi əhalinin sağlamlıq səviyyəsinə görə dünya ölkələrinin reytinqində İspaniya bütün ölkələri geridə qoyub.

Belə ki, İspaniya ötən illə müqayisədə, altı pillə irəliləyərək agentliyin tərtib etdiyi “Ən sağlam ölkələr indeksi 2019” hesabatına başçılıq edir. Ardınca 2018-ci ilin lideri İtaliya gəlir.

Bloombergin qeyd etdiyi kimi, bu ölkələr sağlam yaşamağın stimulu olan Aralıq dənizi pəhrizinin sayəsində ən sağlam ölkələrin siyahısına başçılıq edə biliblər. Bu ölkələrin sakinləri arasında ürək-damar xəstəliklərindən əziyyət çəkənlər daha az olur.

Qeyd edək ki, həmin siyahıya insanın ümumi sağlamlığına müsbət təsir edən amillər nəzərə alınmaqla 169 ölkənin adı daxil edilib.

İlk onluğa İslandiya, Yaponiya, İsveçrə, İsveç, Avstraliya, Sinqapur, Norveç və İsrail kimi ölkələr daxil edilib.

Yaponiya 2017-ci illə müqayisədə üç pillə irəliləyərək Sinqapuru əvəzləyərək Asiya qitəsində ən sağlam ölkə kimi üçüncü yerdə qərarlaşıb.

Siyahıda ən son adları yer alan 30 ölkədən 27-si Saxara səhrasının cənubunda yerləşən Afrika ölkələri, qalan üçü isə Haiti, Əfqanıstan və Yəməndir.

Reytinq cədvəli tərtib olunan zaman Ümumdünya Səhiyyə Təşkilatının, BMT-nin əhali bölməsinin və Ümumdünya Bankının statistik məlumatları təhlil olunub.

Araşdırmada müxtəlif risk və faktorlar, o cümlədən həyat davamlılığı, sanitar və ekoloji şərait, insanlar üçün yaradılan tibbi şərait, içməli suyun təmizlik səviyyəsi, siqaret çəkən və çəkməyən insanların nisbəti, həmçinin artıq çəkidən əziyyət çəkən insanların sayı nəzərə alınıb.
Bu xəbər oxucular tərəfindən 535 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed