27.02.2019 [10:20] - Sağlıq
“Gecə saatlarında mütəmadi çalışmaq insanların yuxu rejiminin pozulmasına gətirib, çıxarır”.
Bu barədə gecə rejimində çalışmağın zərərlərindən danışarkən Azərbaycan Tibb
Universitetinin Tədris Terapevtik Klinikasının həkim-nevroloqu Nuran Əmənullayev məlumat verib. O,
xüsusilə qeyd edib ki, gecə yuxusu insan orqanizmi üçün vacib əhəmiyyət kəsb edir:
“Gün ərzində beyin hüceyələri daim fəaliyyətdədir. Gecə yuxusu ona görə lazımdır ki, beyin kobud
şəkildə desək, istirahət edə bilsin. İstirahət vaxtı beyin öz işini yenidən proqramlaşdırır. Nəticədə də növbəti günə normal başlaya bilirik. Əgər yuxu rejimi pozularsa, insan gecələr oyaq qalarsa, bioloji ritm
dəyişir. Bu isə müxtəlif xəstəliklərə yol açır. Başağrısı, əsəbilik, diqqətsizlik, yuxunun qalıcı pozulmaları
meydana çıxa bilər. Uzun müddət gecə rejimində çalışan şəxslər gələcəkdə iş rejimini dəyişsələr belə,
uzun illər gecə yuxusunun pozulmasından əziyyət çəkirlər. Çünki illərlə gecə rejimində çalışanlar normal
rejimə keçdikdə uyğun şəraitə adaptasiya oluna bilmirlər”.
Həkimin sözlərinə görə, gecə yuxusunun pozulması arterial təzyiqin qalxmasına, hormanların sintezində
dəyişikliyə, maddələr mübadiləsinin qeri-düzgün getməsinə, zehni fəaliyyətin azalmasına yol açır:
“Bütün bunlar emosional mobilliyə, depressiyalara gətirib çıxarır. Yaddaşın zəifləməsi, diqqətin
pozulması, əsəbilik, gərginlik, xroniki başağrıları da gecə yuxusunun pozulmasının nəticələri ola bilər”.
N. Əmənullayev onu da bildirib ki, normal yuxu müddəti gündə 6-8 saatdır:
“Bu, əksər insanlar üçün normal yuxu rejimi sayılır. Müəyyən qrup insanlar ola bilər, gün ərzində çox az
yatırlar. Amma onların fizioloji quruluşları bu cürdür. Eyni prosesi bütün insanlara şamil etmək olmaz.
Yuxu pozulmasları insonmiyalar sayılır. Bizim sinir sistemimiz digər orqanların fəaliyyətinə nəzarət edir.
Əgər sinir sistemi dincəlmirsə, digər orqanlar üzərində hakimiyyətini tam idarə edə bilmir. Nəticədə
orqanların fəaliyyətində pozulma qaçılmaz olur.
Gecə rejimində çalışan insanlar gecə yatmadığı yuxunu gündüz saatlarında almağı bacarmalıdır. Bir şəxs
gündüz 2-6 saat yatır, bütün gecəni oyaq qalırsa, yenə də funksional baxımdan narahat olur. Çünki
orqanizmin bəzi hormonları var, gecə saatlarında – havanın qaranlığı altında dəyişik miqdarda, formada
fəaliyyət göstərir. Bu səbəbdən orqanizmin gecə yuxusu almasına təlabat yaranır”.

Bu xəbər oxucular tərəfindən 532 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |