Şrift:
İran daha bir neft müştərisini itirdi
04.08.2012 [12:57] - Güney Azərbaycan xəbərləri
Cənubi Afrika Respublikası (CAR) İrandan neft idxalını dayandırıb.

Rəsmi Keyptaun bu addımı ABŞ (Amerika Birləşmiş Ştatları) dövlət katibi Hillari Klintonun səfəri ərəfəsində atıb. CAR hökumətinin yaydığı açıqlamada İranın nüvə proqramı ilə bağlı tətbiq olunmuş ağır sanksiyalar səbəbindən bu ölkədən xam neft idxalının dayandırıldığı bildirilir.

Qeyd edək ki, ötən ay ölkənin neftə olan tələbatının böyük hissəsi Səudiyyə Ərəbistanından təmin olunub. Bundan əlavə, Anqola və Nigeriyadan da neft alınıb. Halbuki CAR 2011-ci ilin mayından 2012-ci ilədək xam neftə olan tələbatının 35 faizini İrandan idxal edib. CAR ABŞ-ın İrana qarşı sanksiyalardan azad etdiyi 18 ölkədən biridir. Ancaq bu ölkəyə verilən 180 günlük müddət başa çatıb.
Bu xəbər oxucular tərəfindən 906 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed