01.03.2019 [09:51] - Xəbərlər, Türk dünyası-Turan
Ankaranın Mamak rayonundakı Əli Kuşçu adına orta məktəbin 2D sinfində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə sinif müəllimi Yasemin Ərdoğan Xocalı soyqırımından danışıb. Şagirdlər Azad Tura, Yaren Taşan və Ela Cüce Hikmət Ziyanın “Xocalı müsibəti” şeirini söyləyiblər.
Xatırladaq ki, Əli Kuşçu adına orta məktəbin 2D sinfi ilə Bakıdakı 47 nömrəli tam orta məktəbin II sinif şagirdləri arasında “Məktub qardaşlığı” layihəsi həyata keçirilir. Onlar məktublarında ölkələrinin tarixi, milli-mənəvi dəyərləri, həmçinin özləri və ailələri barədə məlumatları bölüşürlər.
Eyni zamanda, məktəblilər qarşılıqlı olaraq öz mədəniyyət və adət-ənənələrini əks etdirən əl işlərindən ibarət hədiyyələri bir-birlərinə göndərirlər.

Bu xəbər oxucular tərəfindən 464 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |