Şrift:
Rusiyalı politoloq: “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli mümkün deyil”
04.08.2012 [13:01] - Siyasət
Rusiyalı politoloq, Siyasi və Hərbi Analiz İnstitunun direktor muavini Aleksandr Xramçixinin APA-nın Moskva müxbirinə müsahibəsi

- Qəbələ RLS-lə bağlı Rusiya və Azərbaycan arasındakı gedən danışıqlarda yaranmış son durumu necə qiymətləndirirsiz?

- Hesab edirəm ki, Qəbələ RLS artıq Rusiyaya lazım deyil. Rusiya Azərbaycanın nə qədər icarə haqqı istəyib-istəməməsindən asılı olmayaraq Qəbələ RLS-dən imtina etməlidir. Rusiya artıq Cənubi Sibirdə, Omskda müasir texnika ilə təchiz olunmuş RLS tikəcəyini bəyan edib. Bu radiolakasiya stansiyası Qəbələ RLS-in görəcəyi işdən də artığını görəcək. Omskda tikiləcək RLS Qəbələ RLS-in nəzarətdə saxladığı əraziləri də əhatə edəcək. Ümumiyyətlə, hesab edirəm ki, belə obyektlər ölkə kənarında olmamalıdır. Söhbət burada təkcə Azərbaycandan getmir, raket hücumundan müdafiə sistemi Rusiya ərazisinin daxilində olmalıdır.

Qəbələ RLS-lə bağlı Rusiya ilə Azərbaycan arasında aparılan danışıqlarda o qədər siyasi və hərbi məqamlar var ki, danışıqların müsbət nəticələnəcəyini deyə bilmirəm. Danışıqlarda üst-üstə düşməyən çox tələb və təklifləri var.

- Son vaxtlar Azərbaycan-Ermənistan cəbhə xəttində gərginlik yaşanır. Artıq 2 aydan çoxdur ki, bu gərginlik davam edir. Cənubi Qafqazda yeni müharibənin başlanması ehtimalı nə qədərdir?

- Azərbaycan və Ermənistan arasənda müharibə gec-tez baş verəcək. Ona görə ki, tərəflərin mövqeləri üst-üstə düşmür və bir-birinə həddindən artıq ziddir. Bu səbəbdən də, hesab edirəm ki, Dağlıq Qababağ konfliktinin sülh yolu ilə həlli mümkün deyil. Atəşkəsin əldə olunmasından sonra aparılan danışıqlarda tərəflər bir addım belə qabağa gedə bilməyiblər. Heç bundan sonra da danışıqlarda hansısa irəliləyişin olacağına ümid yoxdur.

- Cənubi Qafqazda yeni müharibənin başlanacağı təqdirdə Rusiyanın mövqeyi necə olacaq?

- Azərbaycanla Ermənistan arasında müharibə başalayacağı təqdirdə Rusiya özünü birinci Qarabağ müharibəsində necə aparmışdısa, bu muharibədə də elə aparacaq. Lakin burada belə bir məqam var. Əgər Türkiyə Azərbaycan tərəfdən müharibəyə qoşulacaqsa, onda Rusiya da Ermənistan tərəfindən sözsuz ki, müharibəyə qoşulacaq. Əks təqdirdə, Rusiya öz neytrallığını qoruya bilər.

Dağlıq Qarabağ münqaişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk Qrupunun da 20 illik fəaliyyəti göz qabağındadır. Onların növbəti illərdə də problemin həlli istiqamətində fəaliyyəti gözlənilmir. Ona görə də, konfliktinin həllinin yeganə yolu müharibədir və biz bu müharibənin gec-tez şahidi olacağıq.

- Kreml Dnestryani bölgəni Moldovanın tərkibinə qaytarir. Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin bu yaxınlarda bununla bağlı açıqlama verib. Rəsmi Moskvanın Qarabağ münaqişəsinə dair analoji mövqeyinə ümid etmək olarmı?

- Dnestryanı münaqişə tamamilə ayrı bir tarixdir. Onu Dağlıq Qarabağ münaqişəsi ilə müqayisə etmək istəməzdim. Bəli, Qriqori Karasinin dediyi kimi, Rusiya bu problemdən məmnuniyyətlə canını qurtarmaq istəyir. Çünki bu, Rusiyanın problemidir. Dağlıq Qarabağ isə Ermənistan və Azərbaycanın problemidir.
Bu xəbər oxucular tərəfindən 1449 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed