04.08.2012 [13:35] - Siyasət
Vəfa Quluzadə: "İran Hörmüz boğazını bağlasa, Qərbə bəhanə verər ki, nə qədər raketin var, tök başıma"
- Suriya hadisələri bundan sonra hansı istiqamətdə inkişaf edə bilər?
- Əminliklə demək olar ki, Bəşər Əsəd rejimi hakimiyyətdən gedəcək. Başqa variant yoxdur. Bundan sonra Suriya xalqı öz iradəsini həyata keçirəcək və 42 il dözdüyü diktator rejiminə son qoyacaq.
- Hadisələrin sonrakı gedişində, İraqdakı kimi kürd muxtariyyəti yaradıla bilərmi?
- Hesab edirəm ki, Türkiyə buna imkan verməyəcək. Xarici işlər naziri Əhməd Davudoğlu da bəyan edib ki, Türkiyə ikinci dəfə eyni səhvi etməyəcək və lazım gələrsə, Hələb şəhərinə qoşun yeridəcək. İraqdakı kürd muxtariyyətindən sonra ölkənin cənubunda ikinci bir kürd muxtariyyətinin ortaya çıxması heç bir halda Ankaranın maraqlarına uyğun deyil. Düşünürəm ki, Türkiyə bütün vasitələrdən istifadə edərək bunun reallaşması ilə barışmayacaq.
- Türkiyənin Suriya məsələsində mövqeyini necə qiymətləndirirsiniz? Suriya müsəlman ölkəsi olmaqla yanaşı, həm də Türkiyənin qonşusudur.
- Nə olar ki, qonşu və yaxud islam ölkəsi olanda? Türkiyə NATO-nun üzvüdür. NATO-nun mövqeyi Bəşər Əsəd rejiminə tamamilə aydındır. Birincisi, Suriyada diktator, ikincisi isə Rusiyanın ən yaxın müttəfiqi olan rejim hakimiyyətdədir. Baxmayaraq ki, indi Rusiya Suriyanın onun müttəfiqi olmadığını deyir. Suriya Rusiyanın Yaxın Şərqdə axırıncı dayağıdır. Dünyada qlobal mübarizə gedir. Bu mübarizənin bir tərəfində demokratik düşərgə, digər tərəfində isə diktator rejimlərdir. Diktator rejimlər də bir-bir uduzub gedir. Miloşeviç getdi, Səddam Hüseyn getdi, Qəddafi getdi, Əsəd də gedəcək.
- Suriya hadisələrinə “Ərəb Baharı” çərçivəsində yanaşmaq olarmı?
- Mən Suriyadakı hadisələri “Ərəb Baharı” çərçivəsində qiymətləndirməzdim. Bu dünyada gedən mübarizədir. Bu mübarizədə isə hələ ki, Qərb qalib gəlir. Qərbin qarşısına çıxacaq qüvvə yoxdur. Ən böyük antiqərb qüvvə Sovet İttifaqı idi. Rusiya indi özünü Sovet İttifaqının yerinə qoya bilmir. Zəif olduğu üçün Qərb koalisiyası qarşısında geri çəkilir.
- Suriyada baş verənlər ABŞ-ın “Böyük Orta Şərq” planının tərkib hissəsi hesab edilə bilərmi?
- ABŞ-ın “Böyük Orta Şərq” planı bir reallıqdır, uğurla da həyata keçirilir. Sovet İttifaqı dağılandan sonra görün, neçə dövlət NATO-nun üzvü oldu. Rusiyanın bütün müttəfiqləri təşkilata qoşuldu. NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramında yeni müstəqil dövlətlər iştirak edir və onlar da gələcəkdə təşkilata üzv olacaqlar.
- Rusiyanın xaricdə yeganə hərbi donanması Suriyanın Tartus limanındadır. Onun taleyi necə olacaq?
- Əlbəttə ki, evinə qayıdacaq. Necə ki, ərəb-İsrail müharibəsindən sonra Misirin İsgəndəriyyə limanından donanması, raket qüvvələr çıxdı. Cənubi Yəməndə Rusiyanın əhəmiyyətli hərbi donanması var idi, o da çıxdı. Bir sözlə, Rusiya hər yerdən çəkildi. Rusiya çökən bir imperiyadır, bunu başa düşmək lazımdır.
- Azərbaycan da Qərbin mövqeyini dəstəkləyərək BMT Təhlükəsizlik Şurasında Suriya ilə bağlı qəbul edilən qərarların lehinə səs verdi. Bu yanaşmanı necə qiymətləndirirsiniz?
- Azərbaycan çox düzgün addım atıb. Başqa cür də ola bilməzdi. Azərbaycan qərbyönlü dövlətdir, kim bunu başa düşmürsə, çox təəssüf edirəm. Heydər Əliyev 1994-cü ildə neft müqaviləsinə imza atandan, bütün Qərb şirkətləri Azərbaycana gələndən, Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Qars çəkiləndən sonra Azərbaycan qərbyönümlü dövlətdir. Belə olan halda Rusiyanın lehinəmi səs verməlidir?
- Bəşər Əsəddən sonrakı Suriya İsrailə nə dərəcədə sərf edir?
- İsrailə Bəşər Əsədin getməsi sərf edir. Çünki, indiyə kimi Suriya İsraillə sülh müqaviləsi bağlamayıb. Yeni rejim gələndə görünür, bu məsələ də həllini tapacaq. Suriya İsraili tanıyacaqsa, antiisrail dövlət olmayacaqsa, Colan təpələri də azad olunacaq. Necə ki, Misirin Sinan yarımadası azad olundu. Belə bir proses gözlənilir.
- Rejim dəyişikliyindən sonra hansı qüvvələr hakimiyyətə gələ bilər?
- Əlbəttə ki, qərbyönümlü qüvvələr. Liviyada liberallar, Misirdə “Müsəlman qardaşları” hakimiyyətə gəldilər. Ancaq yenə də istiqamətləri Qərbə yönəlib. Eyni proses Suriyada da baş verəcək.
- Suriyada hakimiyyət dəyişikliyinə nail olduqdan sonra Qərb İranla bağlı hansı fərqli addımlar ata bilər?
- İran məsələsi əvvəlki kimi Qərbin gündəmindədir. İrana qarşı sanksiyalar sərtləşdirilir və bu ölkədə rejimi dəyişmək fikrini gizlətmir. Hadisələrin inkişafını gözləyək görək, bu nə vaxt və necə baş verəcək, İran özünü qoruya biləcəkmi?
- İranın Hörmüz boğazını bağlayacağı ilə bağlı bəyanatları nə dərəcədə ciddi qəbul etmək olar?
- İran buna cəsarət etməz. Hörmüz boğazının bağlanması Qərblə müharibə deməkdir. İran Qərbin əlinə bəhanə verər ki, əlində nə qədər raket var, hamısını tök başıma.
Ömər Əmirov

Bu xəbər oxucular tərəfindən 1776 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |