Şrift:
Həmsədrlər təmas xəttini keçiblər
22.10.2011 [13:30] - Gündəm
Bu gün Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçiriləcək monitorinqdə iştirak etmək üçün ATƏT-in Minsk qrupunun həmsədrləri işğal olunmuş ərazilərdən təmas xəttinin Azərbaycan Ordusunun nəzarətində olan tərəfinə keçiblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, okytabrın 22-də Azərbaycan Respublikasının Tərtər-Ağdərə yolundakı təmas xəttində monitorinq keçirilir.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT ofisinin əlaqələndiricisi İmre Palatinus və səhra köməkçisi Xristo Xristov keçirirlər. Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik və onun səhra köməkçiləri Antal Herdiç və Marius Puodziunas keçirirlər.
Bu xəbər oxucular tərəfindən 1036 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed