04.08.2012 [14:40] - DAVAMın yazıları
Hər bir kəsin arzusudur ki, dünya ölkələrini gəzsin. Həmin ölkələrin mədəniyyəti, tarixi, yaşam tərzi və s. ilə yaxından maraqlansın. Mənim də arzum var və ömür fəda etsə, büdcəm imkan versə, heç olmasa xəyalımda canlandırdığım ölkələri gəzmək fikrindəyəm.
Tələbə vaxtı Zəngilanın Akara stansiyasından qatarla Bakıya gələndə və dönəndə yolboyu İranla sərhədlərimizdə uzanan tikanlı məftillərə və məftillərin o tayındakı Vətənimin bir parçasına — Güney Azərbaycanıma baxmaqdan doymurdum. Elə hey xəyallar qururdum. Hə vaxtsa Təbrizə gedəcəyimi, üzünü belə görmədiyim qohumlarla görüşəcəyimi, bu qədim şəhəri qarış-qarış gəzəcəyimi düşünürdüm. Sovet imperiyası çökdü, sərhədlər açıldı və İran dövlətilə gediş-gəliş asanlaşdı. Ancaq mənim fürsətim olmadı ki, arzularımı gerçəkləşdirəm.
Bu gün isə fərqli düşünürəm. Dünyanın bütün ölkələrini gəzərəm. Lap Afrika cəngəlliklərində belə olmaqdan çəkinmərəm. Ancaq nə Ermənistana, nə də İrana getməyi arzulamıram. Səbəb çox bəsitdir. Hər ikisi mənim üçün işğalçıdır. Fars rejimi Güney Azərbaycanımı işğal edib və bu işğalın nəticəsində 35 milyon Azərbaycan türkü hələ də rejimin zülmündən əziyyət çəkir. Öz doğma ana dilində təhsil almaqdan məhrumdur, tarixi saxtalaşdırılır, yer adları dəyişdirilir, ən əsası isə haqqı olanı tələb etməkdən məhrumdur. Tələb edəndə ya ona casus damğası vurulur, ya da dövlətə qarşı çıxdığı üçün ittiham olunur, zindanlarda çürüyür.
Ermənilər isə ötən əsrin əvvəllərindən hiyləgər üsullarla qopardığı Azərbaycan torpaqlarında öz qondarma dövlətlərini-Ermənistanı yaratmaqla kifayətlənməyərək, əsrin sonunda Azərbaycanın daha 20 faiz ərazisini işğal elədi. İnsanlar öz yurdlarından didərgin düşdü.
Ermənistanla hələ də müharibə vəziyyətindəyik. Ancaq İranla münasibətlər sözdə dost və qardaşlıq səviyyəsindədir. Əminliklə deyə bilərəm ki, Azərbaycan tərfdən verilən söz həm də əməldə əksini tapır. Təəssüflər ki, bunu İranla bağlı demək mümkünsüzdür.
Heç uzağa getməyək, Azərbaycanın gənc şairləri Fərid Hüseyn və Şəhriyar Hacızadənin aqibətləri göz qabağındadır. Bu gənclər aprelin 29-da poeziya festivalında iştirak etmək üçün İrana gediblər və mayın 2-də Təbrizdə həbs olunublar. İyulun 3-də İranın «Press TV» kanalı Fərid Hüseyn və Şəhriyar Hacızadənin vidio görüntüsünü yayıblar.
Görün İran rejimi gənc şairləri nədə ittihamlayırlar? Guya onlar narkotika qaçaqmalçılığı ilə məşğul olur, həm də İsrailə casusluq edirlər. Hər iki ittihamı İran rejimi öz arşınına görə ölçüb-biçib və gənc şairlərin həbsinə fərman verib. O gündən bu günə Azərbaycan dövləti ayrı-ayrı yazıçılar, qeyri-hökumət təşkilatları, media orqanları İran hakimiyyətinə gənc şairlərin azad olunması üçün müracət etsələr də, faydası olmur.
Ona görə də Fərid Hüseyn və Şəhriyar Hacızadənin aqibətini yaşamağı istəmədiyim üçün həsrətində olduğum Təbrizə getməkdən vaz keçirəm.

Bu xəbər oxucular tərəfindən 1500 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |