05.03.2019 [11:08] - Gündəm, Sağlıq
Dəm qazı oksigen çatışmazlığı şəraitində yaranır. Dəm qazından zəhərlənmə əsasən evin havalandırma sisteminin nasaz vəziyyətdə olması zamanı baş verir. Uzun illərin təcrübəsi göstərir ki, həmin hadisələrə daha çox vanna otağında quraşdırılan isitmə vasitələrinin normal işləməməsi nəticəsində rast gəlinir.
Bakı şəhər Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudovun verdiyi məlumata görə, ilin əvvəlindən şöbəyə 46 müraciət daxil olub. Onlardan 21-i dəm qazı ilə kəskin zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Zəhərlənənlərdən 4-ü azyaşlı olub.
O, tam qapalı şəraitdə qazla işləyən qurğulardan istifadə etməmək barədə xəbərdarlıq edib, çünki havası dəyişilə bilməyən məkanlarda yerləşdirilən qaz sobalarında nasazlıq yaranması təhlükəli nəticələr verə bilər. Baş həkim dəm qazının qarşısını almaq üçün qaz sobası yandırılan otağın havasını mütəmadi dəyişdirməyi və standartlara uyğun sobalardan istifadə etməyi məsləhət görüb.

Bu xəbər oxucular tərəfindən 526 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |