04.08.2012 [14:52] - Güney Azərbaycan xəbərləri
Xarici ölkələrə turizm səfərlərini təbliğ edən küçə reklamlarına qadağa qoyulub
İran hökuməti xarici ölkələrə səfər edən vətəndaşları üçün valyuta satışını dayandırıb. Hökumət indiyədək xaricə gedən ölkə vətəndaşlarına valyutanı sərbəst bazar qiymətlərindən təxminən 40 faiz ucuz satırdı. İran xarici ölkələrə səfər edən vətəndaşlarına qısa məsafələr üçün adambaşına 400 dollar, uzun məsafələr üçün isə 1000 dollar valyutanı ucuz qiymətlə satsa da, artıq bu qaydanın tətbiqinə son qoyulub. İranda mart ayına qədər 1 dollar 1200 tümən olduğu halda, mart ayında məzənnə 1900 tümənə çatıb. Bundan əlavə, İran İslami İrşad və Mədəniyyət Nazirliyi ölkə ərazisində xarici ölkələrə turizm səfərlərini təbliğ edən küçə reklamlarına qadağa qoyub. Bundan sonra xarici səyahətlərlə bağlı açıq havada reklam lövhələri yerləşdirilməsinə icazə verilməyəcək. Nazirlik şəhər içərisindəki bütün lövhələrdən bu cür reklamların qaldırılacağını bəyanlayaraq, belə bir qərarın daxili turizmi canlandırmaq üçün alındığını açıqlayıb. Lakin bu qadağalar dini turizmə, yəni ziyarətgahlar üçün xarici ölkələrə səfər edəcək vətəndaşlara şamil olunmayacaq.
İranla nüvə müzakirələri keçiriləcək
Əli Əkbər Vilayəti: «İran «altılıq» ölkələrilə nüvə müzakirələrini konstruktiv nəticə əldə olunanadək davam etdirəcək»
Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton bildirib: «Yaxın günlərdə İranla Avropa Birliyi arasında nüvə müzakirələri keçiriləcək». İyulun 24-də İstanbulda İranla «altılıq» ölkələri arasında ekspertlər səviyyəsində nüvə müzakirələri keçirilib. Müzakirələr İran Ali Milli Təhlükəsizlik Şurası katibinin müavini Əli Bagiri və Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin müavini Helqa Şmidt arasında aparılıb. Danışıqlar zamanı Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton və İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili arasında görüşün keçirilməsinə dair razılıq əldə olunub».
İranın ali dini lideri, ayətullah Seyid Əli Xamneyinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti isə bildirib ki, Tehran «altılıq» ölkələrilə nüvə müzakirələrini konstruktiv nəticə əldə olunanadək davam etdirəcək. Onun sözlərinə görə, İranın mövqeyi prinsipial və məntiqlidir: «İyulun 24-də İstanbulda İranla «altılıq» ölkələri arasında ekspertlər səviyyəsində keçirilən nüvə müzakirələrində də bu mövqe nümayiş etdirildi. Biz müzakirələri müsbət və konstruktiv nəticə əldə olunanadək davam etdirəcəyik. Hər halda İran sülh məqsədli nüvə enerjisindən faydalanmaq haqqına sahib olmalıdır. Bu haqq «altılıq» ölkələri tərəfindən də rəsmi olaraq tanınmalıdır».
GAİP Kanadada etiraz aksiyası keçirəcək
Kanadanın Toronto şəhərində Güney Azərbaycan İstiqlal Partiyasının (GAİP) təşəbbüsü və təşkilatçılığıyla etiraz aksiyası keçiriləcək. Bu barədə Kanadada yaşayan soydaşımız, GAİP İnsan Haqları Mərkəzinin rəhbəri Oğuz Türk məlumat verib. O bildirib ki, Kanadanın Liberal Partiyasından deputat seçilmiş Cim Karigiannis Dağlıq Qarabağda separatçı rejimin keçirdiyi qondarma prezident seçkilərində müşahidəçi qismində iştirak edib: «Bu, beynəlxalq qanunları pozmaq, Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı sayğısızlıqdır. Siyasi fəaliyyətində türk və makedon düşmənçiliyinin təbliğilə məşğul olan yunan əsilli Karigiannis erməni təəssübkeşi kimi də tanınır. Azərbaycanın erməni işğalı altındakı ərazilərinə səfər Kanada qanunlarına da ziddir. Buna etiraz olaraq, avqustun 1-də Liberal Partiyasının lideri Bob Raenin ofisi önündə piket keçirəcəyik. Aksiyada əlimizdə Azərbaycan bayraqları və xəritəsi olacaq. Cim Karigiannisi qınayan və etiraz edən hər kəsi piketə dəvət edirik».
Tehran ABŞ-ı beynəlxalq məhkəməyə verir
İranın Prezident Administrasiyasının beynəlxalq hüquq işləri mərkəzinin rəhbəri Məcid Cəfərzadə bildirib. İran ABŞ və Avropa Birliyini beynəlxalq məhkəməyə verməyə hazırlaşır. Onun sözlərinə görə, ABŞ və Avropa Birliyinin İrana qarşı tətbiq etdiyi sanksiyalarla bağlı rəsmi Tehran iddia qaldırmaq niyyətindədir: «Artıq İrana qarşı BMT qərarlarından kənar sanksiyalar tətbiq edən ABŞ və Avropa Birliyi ilə əlaqədar hüquqi əməliyyatlar başladılıb. İran hüquqi əməliyyatlarını ən qısa zamanda müvafiq məhkəməyə təqdim edəcək».
İran parlamentindən Suriyaya dəstək
İran parlamenti Suriyaya dəstək bəyanatı yayıb. Sənədi 290 millət vəkilindən 245-i imzalayıb. Bəyanatda bildirilir ki, ABŞ, İsrail və digər dövlətlərin bütün sui-qəsdləri və müdaxilələri Suriyada heç bir nəticə verməyəcək. Sənəddə Suriyada xalqın öz müqəddəratını təyinini təmin edəcək hər plan və islahatın dəstəkləndiyi qeyd olunur. Bəyanatda deyilir ki, Suriya dövləti və xalqı xarici qüvvələrin əlini qırmalıdır: «Onların əsl məqsədi bölgədəki inqilablar nəticəsində mövcudluğu sual altına düşən İsrailə süni nəfəs verməkdir».
Güneyli yazıçı həbs olunub
Güney Azərbaycan Milli Hərəkatının fəalı, şair, yazıçı Ramin (Yaşar) Cəbraili Təbriz prokurorluğunda həbs olunub və zindana köçürülüb. Soydaşımız iyulun 26-da çağırış məktubunun təfərrüatını öyrənmək üçün Təbriz prokurorluğuna müraciət edərək inqilab məhkəməsində hazır olub. Ona məhkəmədə 500 min tümən cəriməyə məhkum edildiyi bildirilib. Lakin soydaşımız özünü müdafiə edərək cərimə ödəmək istəməyib. Nəhayət məmurlar onu tutaraq Təbriz zindanına göndəriblər. Qeyd edək ki, Ramin Cəbraili 2012-ci ildə türkcə şeir yazdığına görə pantürkizmdə günahlandırılaraq həbs olunub. Soydaşımız 7 gün saxlanıldıqdan sonra 2 milyon tümən mülk girovu qarşılığında sərbəst buraxılıb.
Milli fəallar Ərdəbil məhkəməsinə çağırılıb
Güney Azərbaycan Milli Hərəkatının fəalları Məhəmməd Xakpur, Mehdi Əjdəri və Həmid Quti Ərdəbil İnqilab Məhkəməsinə çağırılıb. Onlar 2012-ci il sentyabrın 4-də məhkəmədə olmalıdır. Məhəmməd Xakpur və Mehdi Əjdəri 21 fevral Ümumdünya Ana Dili Günündə «Ettelaat» əməkdaşları tərəfindən Ərdəbildə həbs olunub. Onlar ağır işgəncələrə məruz qaldıqdan sonra girov müqabilində azadlığa buraxılıb. Həmid Quti isə 2011-ci ildə Urmiya gölüylə bağlı keçirilmiş aksiyalarda iştirak etdiyi üçün «Ettelaat»ın Ərdəbil şöbəsinin əməkdaşları tərəfindən tutulub.
Kərəcdə 143 kafe bağlanıb
İranda, Kərəc şəhərində bu il 143 çay evi və kafe bağlanıb. Bu barədə «Ettelaat»ın Əlborz şöbəsinin rəisi Fərhəng Həbibullah Sadiqi açıqlama verib. O bildirib ki, hüquq-mühafizə orqanlarının apardığı əməliyyatlar nəticəsində bu il Kərəc şəhərində 101 çay evi, 42 kafe bağlanıb: «Bunlar qeyri-qanuni fəaliyyət göstərən obyektlərdir. Təhlükəsizliyin təmin edilməsi üçün sənədləri olmayan daha 232 çay evi və kafeyə də bağlanmaqla bağlı xəbərdarlıq edilib».
Məlikkəndidə «ət üsyanı»
İranda ət və toyuq məhsullarına rast gəlmək artıq problemə çevrilir. Güney Azərbaycanın Məlikan (Məlikkəndi) şəhərində toyuq məhsulları satan mağazalar hökumətin qiyməti aşağı salmaqla bağlı təzyiqlərinə etiraz olaraq öz dükanlarını bağlayıblar. Bu da şəhərdə toyuq məhsullarının qıtlığına səbəb olub. Eyni zamanda Məlikkəndidə toyuq kəsilən yerlərin sahibləri eyni səbəbə görə obyektlərini bağlayıblar.

Bu xəbər oxucular tərəfindən 1562 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |