05.03.2019 [11:30] - Xəbərlər, Türk dünyası-Turan
Beynəlxalq Türk Akademiyasına üzv ölkələrin mütəxəssisləri “Türk dünyası coğrafiyası” dərsliyinin proqramı layihəsini müzakirə etmək məqsədilə Qazaxıstanın paytaxtı Astanada bir araya gəliblər.
Üç gün davam edən toplantıda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin elm və təhsil nazirliklərinin nümayəndələri və coğrafiya üzrə ekspertlər iştirak ediblər.
Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali bildirib ki, yeni tədris proqramı əsasında hazırlanacaq dərslik gənclərdə Ötükəndən Balkanlara qədər uzanan geniş coğrafiyaya, müqəddəs məkanlara dair təsəvvür formalaşdıracaq. Bu layihənin bütün türk dünyası üçün böyük bir qazanc, sərvət olacağını bildirən akademiya rəhbərinin sözlərinə görə, dörd ölkənin mütəxəssislərinin razılaşdırdığı tədris proqramı həm də keyfiyyətli dərsliyin təminatıdır.
İclasda ekspertlər üzv ölkələrin orta məktəblərində seçməli fənn kimi öyrədiləcək "Türk dünyası coğrafiyası"nın proqram layihəsi ilə bağlı fikirlərini bölüşüb, dərsliyin türkdilli dövlətlərdə öyrədilməsinin əhəmiyyətini vurğulayıblar. Beynəlxalq Türk Akademiyasının türk dünyası üçün ortaq dərsliklərin hazırlanması istiqamətindəki fəaliyyəti təqdir edilib.
Qeyd edək ki, "Türk dünyası coğrafiyası" fənninin tədris proqramı və dərs vəsaiti ötən il sentyabrın 3-də Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI zirvə toplantısının birgə bəyanatı və 2015-ci il sentyabrın 5-də Astanada TDƏŞ təhsil nazirlərinin IV toplantısında qəbul olunan qərarlar əsasında hazırlanır.
Bununla yanaşı, Beynəlxalq Türk Akademiyası "Ortaq türk tarixi" və "Ortaq türk ədəbiyyatı" tədris vəsaitlərini də hazırlayıb.
İlahə Əhmədova

Bu xəbər oxucular tərəfindən 496 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |