04.08.2012 [15:03] - Mədəniyyət
Şeyx Babı abidəsi Azərbaycan memarlığının XIII-XIV əsrə aid ən möhtəşəm abidələrindən biridir. Azərbaycan qədim zamanlardan öz ərənləri və tarixi şəxsiyyətləri ilə fəxr edib. Bu səxavətli torpaq bir çox mütəfəkkirlərin, filosof, alim, şair, memar, musiqiçi və rəssamların beşiyidir. Əfsuslar olsun ki, onlardan bəziləri haqqında yetərincə məlumat yoxdur. Füzuli rayonunun Babı kəndi ərazisində səkkizguşəli məqbərə, yarıya qədər uçmuş minarə, digər binaların qalıqları və böyük qəbiristanlıq var. Həmin müqəddəs memarlıq abidəsi illər boyu yerli əhalinin ziyarətgahı olub. Orada xalq arasında böyük nüfuz qazanmış və 700 il bundan əvvəl vəfat etmiş Azərbaycan alimi Şeyx Babı dəfn olunub. Kəndin Bərdə-Gəncə-Şəmkir-Tiflisdən keçən karvan yolu üzərində yerləşməsi onun sufilərin iqtisadi-siyasi və sosial-mədəni həyatında çox mühüm rol oynadığını sübut edir.
Mənbələrdən məlum olur ki, Babı kompleksinin yaxınlığında müdafiə istehkamı varmış və orada güclü müdafiə dəstəsi saxlanılırmış. Həmin dəstəyə xalq arasında Şıx Baba adlanan, əsl adı isə Şeyx Babı Yaqub olan əfsanəvi bir şəxs sərkərdəlik edirmiş. O, sərkərdəlik bacarığı ilə işğalçıları və yerli hökmdarları səcdəyə gətirirmiş. XIII əsr tarixçisi Fəzlullah Rəşid əd-Dinin verdiyi məlumata görə demək olar ki, Babı Yaqubun başçılığı altında Qarabağda başlamış xalq hərəkatı artıq ideoloji çərçivədən çıxıb hərbi-siyasi xarakter almışdı. Onun Arranda fəaliyyət göstərmiş müridləri ilə əlaqə saxlamış Elxani hökmdarları haqqında Rəşid əd-Din yazır ki, Sultan Əhməd Hülakü xanın Kutiy Xatundan olan 7-ci oğlu Təkudar Şeyx Babi Yaqubun müridlərinə çox hörmət edirdi.
Rəşidəddin 1282-1284-cü il hadisələrindən bəhs edərkən göstərir ki, Sultan Əhmədin qardaşı Arqun onun əleyhinə çıxış edəndə Sultan Şeyx Babı Yaqub və müridlərindən kömək istəmişdi. Onun misal gətirdiyi mənzum parçalardan aydın olur ki, Şeyx Babi Yaqub vəfatından sonra da müridləri onun işini davam etdiriblər.
Uzun müddət türbə elmi ədəbiyyatda səhvən «Şıx Babalı», «Şeyx Babalı», «Babili», «Bab» adı ilə qeyd edilmiş, onun tarixi təhrif olunmuşdur. Türbə üzərindəki qapının çatma tağı üstündə sufi xətti ilə yazılmış kitabə var. Hələ XİX əsrin 40-cı illərində bu yazını Peterburq Elmlər Akademiyasının müxbir üzvü, şərqşünas N.Xanıkov tədqiq etmiş, lakin onun oxunuşunda səhvlərə yol vermişdir.
Şərqşünas alim tarix elmləri doktoru Məşədixanım Nemət hicrətin 672-ci ilində (miladi təqvimlə 1273-1274) kitabə üzərindəki ərəb dilində yazını daha dəqiq tərcümə edib: «Bu müqəddəs məqbərənin zahid, kamil Şeyx Babı Yaqub ibn İsmayıl Qur Xər üçün tikilməsi 672-ci ildə əmr olunmuşdur. Yer üzərində nə varsa, məhv olacaqdır». Həmin yazının ikinci sətri müqəddəs kitabımız Qurani-Kərimin 55-ci surəsinin 26-cı ayəsi ilə üst-üstə düşür. Bir məqamı da qeyd edək ki, zahid — sufilikdə ən yüksək dərəcə hesab olunur və kamil şeyxliyi bildirir.
Rəvayətə görə, şeyxin cənazəsi daş qutuda, türbənin cənub pəncərəsi önündə dəfn olunmuşdur. Məzar günümüzədək gəlib çıxmamışdır. Amma 1939-1940-cı illərdə türbədə aparılmış ilkin axtarışlar zamanı daş qutunun parçaları tapılmışdı. Şeyx Babı xanəgahında aparılan qazıntılar nəticəsində 2 türbə qalığı, 9 qəbir, 1 yeraltı məqbərə, xanəgahın qərb və şimal mühafizə divarları və şimal giriş zalının qalıqları aşkar edilmişdir. Həmin xanəgahdan ancaq tavanı uçmuş türbə, dağılmış minarə və hələ də təyinatı məlum olmayan tikili qalığı qalmışdır. Təbii təsirlər üzündən dağıntıya məruz qalmış abidə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mühafizə olunur. Türbənin bəzi daşları qızıl axtaranlar tərəfindən çıxarılmışdır. Qazıntı sahəsini 3 əraziyə bölmək olar.
Birinci qazıntı sahəsi böyük ictimai tikilinin əhatə edir. Sütunlar və divarlar arasında olan boşluqlar təmizləndiyi zaman tikilinin necə möhtəşəm olduğu çılpaqlığı ilə nəzərə çarpır. Təmizləmə işləri başa çatdıqdan sonra iki böyük zal, təsərrüfat tikilisi və hər tərəfində böyük giriş qapıları olan kompleks aşkara çıxarıldı. Birinci zalın ibadətgah kimi istifadə olunduğu güman edilir. İkinci zal öz ölçülərinə görə birincidən kiçikdir. Çox güman ki, bu zal xanəgah sakinlərinin yaşayış yeri kimi istifadə olunub.
İctimai tikilinin cənub-şərqində səkkizguşəli türbə yerləşir. Türbənin uzunluğu 6,2 m, eni isə 3,8 m-dir. Bu türbə həm ölçülərinə, həm də formasına görə Şeyx Babı türbəsini xatırladır. Türbənin inşasında əhəngdaşı və bişmiş kərpicdən istifadə olunmuşdur. Türbədə iki qəbir aşkar olunub ki, bunların birində kişi, digərində qadın dəfn edilib. Tikilini əhatə edən qərb divarının qalınlığı 83 sm, cənub divarının qalınlığı isə 0,9 sm-dir.
İkinci qazıntı sahəsi birinci qazıntı sahəsinin cənub-qərb hissəsindən başlayır və sahəsi 15×15 metrdir. Onun torpaq altında qalmış əsas hissəsi haqqında müxtəlif əfsanəvi mülahizələr mövcuddur. Bəziləri tikilinin Roma hamamı, digər tədqiqatçılar isə orta əsr hamamı və ya qızlar mədrəsəsi olduğunu iddia edirdilər. Yerli əhalinin fikrincə isə bu tikili İrana aparan yeraltı yolun başlanğıc hissəsidir.
Lakin tikili qalığının daxili hissəsi təmizləndikdən sonra söylənilənlərin həqiqət olmadığı ortaya çıxdı. Belə ki, tədqiqatlar zamanı daha altı qəbir aşkar edilib.
Uzunluğu 200-215 sm, eni 37-81 sm olan dörd qəbirin divarları, həmçinin döşəməsi firuzəyi, mavi və göy rəngdə altıguşəli kaşılarla bəzədilib. O zaman dəfnetmə müsəlman şəriətinin tələblərinə müvafiq ararılıb. Məzarın üstü 36x36x6 sm ölçüsündə olan bişmiş kərpiclərlə çarpaz formada örtülüb. Hücrənin divarlarının 115 sm-lik hissəsi kaşı ilə bəzədilib. Məzardakı sümükləri bir-birinə qarışmış vəziyyətdədir. Tapılmış dəmir mismarların isə taxta tabuta aid olduğu ehtimal edilir.
Yuxarıda da qeyd edildiyi kimi, bu dörd qəbirdən savayı, tikili qalığının daxilində, hücrələrin içərisində daha iki qəbir aşkarlanıb. Qəbirlər forma və ölçülərinə görə digərlərindən fərqlənir. İkinci qazıntı sahəsində aparılan tədqiqatlar göstərıb ki, bu tikili yeraltı məqbərəyə aiddir. Çox güman ki, vaxtilə orada nüfuzlu və müqəddəs insanlar dəfn olunublar. Tikilinin quruluşundan aydın olur ki, məqbərə bir və dörd saylı qəbirlərin sahiblərinin şərəfinə inşa edilib.
Üçüncü qazıntı sahəsi xanəgahın qərb hissəsini əhatə edir. Həmin tikili barədə müxtəlif fikirlər mövcuddur. Əvvəllər kompleksin qərb tərəfində yerləşən dördkünc tikili qalıqlarının minarə və ya hamam olduğu iddia edilirdi. Amma qazıntılar nəticəsində bəlli olub ki, həmin tikili dördkünc türbəyə aiddir. Bu, xanəgah ərazisində aşkar edilən ikinci tikili idi. Onun mərkəzi hissəsində əllə hörülmüş qəbir aşkarlanıb. Uzunluğu 240 sm, eni isə 95 sm olan məzarın üst kərpicləri çarpaz qoyularaq, gəclə suvanmışdı. Qəbirdə dəfnetmə şəriətə uyğun ararılıb. Üçüncü qazıntı sahəsində xanəgahın qərb və şimal mühafizə divarları və şimal giriş zalının qalıqlarının bir hissəsi aşkar olunub.

Bu xəbər oxucular tərəfindən 3809 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |