07.03.2019 [12:21] - Gündəm, DAVAMın yazıları
15 mart 1966-cı ildə Laçın rayonunun Şeylanlı kəndində anadan olub. Hələ orta məktəb illərində ara-sıra Şeirlər yazmağa başlayıb. Qazax Pedoqoji İnstitutunu oxuyub, pedaqoq ixtisası alıb. Laçın rayonu Şəlvə kənd Uşaq Musiqi məktəbində saz müəllimi işləyib. 2008-ci ildən AzYB-nın, 1993-cü ildən AAB üzvüdür.
Çap olunmuş əsərləri: 1.2000-ci ildə “Bir ağı de ay ana” 2. 2004-cü ildə “Yolçu, hara gedursən” 3.2018-ci ildə “Ağam Alıdı” (təcnislər) kitabları işıq üzü görüb.
Saz-sözün hələ qədim dövrlərdən el arasında yayılmş zamanında Azərbaycanın Laçın bölgəsində də sənətin özünəməxsus inkişafı formalaşmışdır. XVI əsr Sarı Aşıq yaradıcılığında cinaslı bayatılar sonralar təcnis şeir növününün meydana gəlməsində təkamül olmuşdur…Adil Cəfakeş Laçın saz-söz xəzinəsindən zənginləşərək, eyni zamanda ümumi Azərbacan şeriyyətindən bəhrələnərək həm şair kimi, həm də musiqi üzrə müəllim-ustad fəaliyyətiilə şagirdlər (şəyirdlər) yetişdirmişdir. Adil Cəfakeş özü də aşıq ifasında “zilxan” səsə malik qabiliyyətilə məclislərdə, mədəni tədbirlərdə çıxışlar etmişdir. İstedadlı pedaqoq-sənətkar Adil Cəfakeş 4 saz havası: “Cəfakeşi” , “Adil gözəlləməsi”, Üç yarpaq”, “Adil müxəmməsi” bəstələməklə, Laçın saz-söz ifaçılığını mənimsəyib təbliğ etməklə, eyni zamanda belə sənət yolunu nizamlamaqla Laçın saz-söz ədəbi məktəbini formalaşdırmışdır. İndi hal-hazırda Adil Cəfakeş saz-söz məktəbinin istadadlı şagird nümayəndələri Aşıq Təşəkgül, Aşıq Seymur və s. sənətkarlar bu yolu davam etdirirlər, özləri də müsiqi üzrə uşaqlardan ibarəh həvəskarlara milli musiqimizi tədris etməklə müəllim kimi fəaliyyət göstərirlər.
Adil Cəfakeş musiqi xəzinəmizin unudulmaqda olan aşağıdakı bir neçə saz havalarını da el dilindən toplayıb dövlət qurumuna təqdim etmişdir:
UNESCO-ya təqdim etdiyi havalar (YUNESKO)
1.“Laçın gülü” –Aşıq Ələmşah. 2. “Zəngəzur gözəlləməsi”-Aşıq Cəfərqulu. 3. “Laçın Sarıtorpaq”-Aşıq Cəfərqulu. 4.”Dərvişi” 5. “Qürbəti” (2012)
Adil Cəfakeş yaradıcılığında poeziyanın bütün janrlarından nümunələr vardır. Əsasən “təcnis” janrı klassik ənənəyə sadiq mükəmməl formada inkişaf etdirilmiş və obrazlılıq, didaktik yön, ictimai məfkurə şeirin məzmununda əks olunur. Nümunə üçün aşağıdakı “Baba ta yoxdu” təcnisinə nəzər yetirək. Bu təcnisin obrazı nurani, dilində hikmətli sözlər, müdrik ağsaqqallardır. Şeirdə belə bir insani keyfiyyətləri özündə əks etdirməyə çağırış vardır.
BABA TA YOXDU
Eh! keçmişdə qaldı əsil kişilər,
Artıq o dediyin baba ta yoxdu.- mübaliğə və insani keyfiyyətlərin təbliği, yad olunması.
Kimi dindirirsən, ürəkdən deyir,
Heç mənim atama bab ata yoxdu.-mübaliğə-babam babalardan üstündür.
Başının sağlığın əla san hələ, -“başının sağlığı” idiom-“əla san”-şükran ol.
Əllər baş kəsəndi, əl asan hələ,-metafora-bədəməl sahiblərinə işarə.
Mən kimə deyim ki, əlasan, hələ-
Tuş gələ bilmədim babata, yoxdu.-metonimiya- yaxşı adama rast gəlmədim.
Şax yeri, dayanma a ları, çəp-çüp,- metafora-“ları” xoruz növü-xoruzların ayaqlarını çəp-çüp atması..
Düz bax, seyr eləmə Aları çəp-çüp,-“Alar” kənd adı...
Adiləm, yazıblar "a"ları çəp-çüp, - kömkçi misra...”a”hərflərinin səliqəsiz yazılmasına işarədir.
Adımı yazmağa babat "A" yoxdu.- metonimiya-“Adil” sözünün ad dəyişməsi-“A”
ARDI VAR
--
Niftali Goyceli

Bu xəbər oxucular tərəfindən 1050 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |