06.08.2012 [09:21] - Gündəm
"Netcraft" analitik şirkəti internet şəbəkəsində saytların sayı barədə növbəti aylıq hesabatını dərc etmişdir.
Şirkətin məlumatına əsasən, avqustun 1-nə şəbəkədə 628 milyon 170 min 204 sayt işləmişdir. Bu, bir ay əvvəlkindən 38 milyon azdır.
Şirkətdən bildirmişlər ki, mənfi dinamika veb-saytların hesablanma meyarlarının dəqiqləşdirilməsi ilə əlaqədardır. Həmçinin statistikadan 242 fiziki İP-ünvanda yerləşən 40 milyona yaxın sayt çıxarılmışdır.
Bütün bunlar ilk olaraq bazarda ən iri veb-server olan Apache-ya mənfi təsir etmişdir ki, veb-server 36 milyon host itirmiş, onun bazar payı isə 59 faizə enmişdir.

Bu xəbər oxucular tərəfindən 1312 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |