09.03.2019 [11:22] - Gündəm, Hüquq
Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis şöbəsinin əməkdaşları əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanması məqsədilə növbəti uğurlu əməliyyat keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş paytaxt sakini Azər Cəfərzadə Təbriz küçəsindəki parkın ərazisində polislər tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
Şöbədə onun üzərində şəxsi axtarış aparılan zaman “Revolver” tipli tapança və iki patron aşkarlanaraq maddi sübut kimi götürülüb. Saxlanılan şəxs silah-sursatı bir müddət əvvəl qəbiristanlıqdan tapdığını və həmin gündən bəri polisə könüllü təhvil verməyərək üzərində daşıdığını bildirib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət işi başlanılıb. A.Cəfərzadə barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bu xəbər oxucular tərəfindən 749 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |