11.03.2019 [10:25] - Borçalı
Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda gənclər seçki hüquqları barədə məlumatlandırılıblar.
Gürcüstanın Azərbaycanlı Hüquqşünaslar Assosiasiyasının təsisçisi, vəkil Əli Bədirov gənclərə seçki hüquqları barədə məruzə oxuyub.
Ölkənin seçki sistemi, proporsional seçki sisteminin yenidən bərpası istiqamətində atılan addımlar və bundan gözləntilər barədə məlumat verib. Bildirib ki, Gürcüstan qanunvericiliyində və Avropa İttifaqı qarşısında götürülən öhdəliklərdə milli azlıqların seçki hüquqları təsbit olunub. Bu hüquqdan istifadə üçün ilk növbədə, maarifləndirmə tədbirləri olmalıdır. Bugünkü tədbirin də məqsədi seçki sistemləri barədə gəncləri məlumatlandırmaqdır.
Tədbirdə iştirak edən gənclərin əhalinin seçkilərdə iştirakı, milli azlıqların seçib-seçilmək hüquqları barədə sualları cavablandırılıb. Seçkilərlə bağlı bu cür maarifləndirici tədbirlərin davamlı olmasının vacibliyi qeyd olunub. Tədbirdə bu ilin may ayında Marneulidə keçirilməsi nəzərdə tutulan mer seçkiləri də diqqət mərkəzində olub.
Azərbaycanlıların daha çox yaşadıqları Marneuli rayonunda mer vəzifəsinə azərbaycanlı namizədin irəli sürülməsinin vacibliyi qeyd edilib.
Bir qrup fəal gənc Əli Bədirovu Marneuli rayonunun meri görmək istədiklərini və onun namizədliyinini irəli sürmək niyyətində olduqlarını bildiriblər. Təklifi digər gənclər tərəfindən müsbət qarşılanıb və dəstəklənib.
Əli Bədirov təklifə və dəstəyə görə minnətdarlıq edib. Bildirib ki, bu təklifi nəzərdən keçirəcək və dəyərləndirəcək.
Xətayi Əzizov

Bu xəbər oxucular tərəfindən 627 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |