12.03.2019 [10:57] - Xəbərlər, Türk dünyası-Turan
Martın 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” mövzusunda XVIII beynəlxalq elmi-praktik konfrans öz işinə başlayıb.
Tədbirdə çıxış edən ADMİU-nun rektoru, professor Ceyran Mahmudova beynəlxalq konfransın 2002-ci ildən universitet tərəfindən ənənəvi olaraq təşkil olunduğunu söyləyib. Bildirib ki, tədbirin məqsədi türkologiya sahəsində aparılan araşdırmaların nəticələrinin ümumiləşdirilməsi və elmi informasiya mübadiləsindən ibarətdir. Konfrans türk xalqlarının bədii mədəniyyətinin araşdırılması sahəsində çalışan mütəxəssislər arasında elmi mübadilənin inkişafına xidmət edir. Azərbaycanın müxtəlif tədris və elmi müəssisələrinin əməkdaşları ilə yanaşı, Türkiyə, ABŞ, Macarıstan, Rusiya, Qırğızıstan, Qazaxıstan və Türkmənistandan olan mütəxəssislərinin iştirakı ilə keçirilən konfransda türk xalqlarının bədii mədəniyyətinə dair 50-yə yaxın məruzə dinləniləcək.
Tədbir müxtəlif ölkələrdən olan alimlərin çıxışları ilə davam edib. Bildirilib ki, konfrans çağdaş dövrdə dünyada gedən qloballaşma prosesləri kontekstində türkdilli xalqların mədəni irsinin araşdırılması, bu sahədə əməkdaşlığın inkişafı, təcrübə mübadiləsinin genişləndirilməsi məqsədlərini qarşıya qoyub. Tədbir, həmçinin türksoylu xalqların mədəni inteqrasiyası prosesinə fayda vermək baxımından böyük əhəmiyyət daşıyır.

Bu xəbər oxucular tərəfindən 512 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |