Şrift:
Azərbaycanda 900-dən artıq dini qurum qeydiyyatdan keçib
13.03.2019 [11:00] - İslam dini
Martın 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) yeni qeydiyyatdan keçmiş dini icmalara şəhadətnamələr təqdim edilib.

Komitədən verilən məlumata görə, bununla bağlı keçirilən tədbirdə komitə sədrinin birinci müavini Səyyad Salahlı bildirib ki, müxtəlif dinlərin, millətlərin nümayəndələrinin tarixboyu sülh və əmin-amanlıq şəraitində yaşadığı Azərbaycanda multikulturalizm əsrlərdən bəri alternativi olmayan həyat tərzinə çevrilib və bu model dünyaya nümunə kimi təqdim olunmaqdadır. Onun sözlərinə görə, dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan sonra 900-dən artıq dini qurum qeydiyyatdan keçib.

S.Salahlı dini icmaları dini radikalizmə qarşı mübarizədə və dini maarifləndirmə prosesində fəal olmağa çağırıb.
Bu xəbər oxucular tərəfindən 723 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed