Şrift:
İran Türkiyə vətəndaşlarına müvəqqəti viza rejimi tətbiq edəcək
06.08.2012 [12:22] - Siyasət
Türkiyənin “Zaman” qəzetinin verdiyi məlumata görə, Türkiyə ilə İran arasındakı sərbəst viza rejimi sabahadan etibarən 27 gün təxirə salınacaq.
İran İslam respublikası Xarici İşlər Nazirliyi Ankaraya göndərdiyi notada viza rejiminin müvəqqəti olaraq təxirə salınmasını istəyib.
İran XİN-i səbəb kimi isə Tehranda keçiriləcək Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət başçılarının sammiti göstərib.
Türkiyə Təhlükəsizlik İdarəsinin yaydığı açıqlamada bildirilib ki, Türkiyə ilə İran arasındakı sərbəst viza rejimi 5-31 avqust 2012-ci il tarixlərinə kimi təxirə salınıb. Bu müddət ərzində İrana səfər etmək istəyən vətəndaşlarımız İran səfirliyindən viza almalıdır.
Bu xəbər oxucular tərəfindən 1695 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed