14.03.2019 [11:18] - Gündəm, Türk dünyası-Turan
ABŞ Dövlət Departamenti dünya ölkələrində insan hüquqlarının vəziyyətinə dair illik hesabatında Çinin Sincan vilayətində uyğurların saxlanması məsələsinə xüsusi diqqət ayrılıb.
Birləşmiş Ştatlar və Qərb ölkələrinin hökumətləri, eləcə də də insan hüquqları təşkilatları Çini uyğurlar və digər müsəlmanları dini və etnik təmizləmə məqsədilə düşərgələrdə saxlamaqda ittiham edib.
Çin qadınlar, uşaqlar, yaşlı insanlar və yüksək təhsilli ziyalıları məcburi şəkildə kütləvi saxlanma mərkəzlərinə və düşərgələrə göndərməklə terror problemini həll etmir.
Səfir Sam Braunbek
Çin bunun radikallaşmanın qarşısını almaq məqsədi daşıdığını və düşərgələrin insanlara qanunların və mandarin dilinin öyrədilməsi məqsədilə yaradılmış təlim mərkəzləri olduğunu bildirir. Çin rəsmiləri çərşənbə günü bildiriblər ki, Sincandakı düşərgələr “cəmiyyətin buna ehtiyacı olmadığı” vaxt “tədricən yoxa çıxacaq”.
ABŞ-ın din azadlığı məsələləri üzrə xüsusi səfiri Sam Braunbek cümə günü Honq Konqda məruzəsi zamanı Çinin hərəkətlərinin ölkənin qarşılaşdığı hər hansı real ekstremizm təhlükəsinə proporsional olmadığını deyib.
"Çin qadınlar, uşaqlar, yaşlı insanlar və yüksək təhsilli ziyalıları məcburi şəkildə kütləvi saxlanma mərkəzlərinə və düşərgələrə göndərməklə terror problemini həll etmir. Bunun əvəzinə onu yaradır” – deyə, səfir Braunbek bildirib.
Çinin Sincan Uyğur Muxtar Regionunun Kaşqar şəhərində düşərgərə çin dili dərsi, 4 yanvaar, 2019.
ABŞ qanunvericiləri Çinə qarşı daha ciddi tədbirlər görülməsi üçün Tramp administrasiyasına təzyiq göstərir. Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi dövlət katibi Pompeo ilə keən həftə görüş zamanı bildirib ki, “belə görünür, administrasiya məsələ ilə bağlı əhəmiyyətli tədbirlər görmür”.
Pompeo bildirib ki, administrasiya Sincan vilayətində uyğurların hüquqlarının pozulmasına görə məsuliyyət daşıyan Çin rəsmilərinə qarşı mümkün sanksiyaları nəzərdən keçirir.

Bu xəbər oxucular tərəfindən 507 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |