Şrift:
ATƏT-in Minsk Qrupunun həmsədrləri Bərdədən Bakıya yola düşüblər
22.10.2011 [17:43] - Gündəm
Bernar Fasie Azərbaycan rəsmiləri ilə bazar ertəsi görüşəcəklərini deyib

ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş ərazilərindən təmas xəttinin qarşı tərəfinə keçdikdən sonra Bərdə rayonuna gəliblər. APA-nın Qarabağ bürosunun xəbərinə görə, burada jurnalistlərə açıqlama verən Fransadan olan həmsədr Bernar Fasie bazar ertəsi Bakıda Azərbaycan prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə ilə görüşəcəklərini deyib.

Fransadan olan həmsədr İrəvanda Ermənistan prezidenti, xarici işlər naziri, ermənilərin katolikosu II Qareginlə görüşdüklərini açıqlayıb.

B. Fasie və digər həmsədrlər jurnalistlərin suallarını cavablandırmayıblar.

ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bratke (ABŞ), İqor Popov (Rusiya), Bernar Fasie ( Fransa) və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Bərdədən vertolyotla Bakıya yola düşüblər.
Bu xəbər oxucular tərəfindən 1887 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed