07.08.2012 [12:45] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycanın Sarab şəhərində son həbslər dalğasında tutuqlanan bir neçə azərbaycanlı fəal zindana intiqal edilib.Son həftələrdə tutuqlanan Babək Bəqayi, Hamid Məlikabadi, Daryuş Pərvanə və Camal Musəvi Sarab və Təbriz ETTELAATlarında (İran Kəşfiyyat Nazirliyi) bir müddət saxlanılıb və sorğu-suala tutulduqdan sonra Sarab şəhərinin zindanına köçürülüblər.Camal Musəvinin cismi baxımından ağır vəziyyətdə olduğu da bildirilir.Qeyd edək ki, Sarabda son həbslər dalğasında tutuqlananların sayı bundan artıqdır. Lakin, ETTELAAT tutulanların adları mətbuata çıxmasın deyə təzyiq etdiyi üçün, onların kimliyi açıqlanmayıb.
Bu xəbər oxucular tərəfindən 1371 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |