07.08.2012 [13:02] - Güney Azərbaycan xəbərləri
ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları tərəfindən iyunun 27-də tutuqlanan azərbaycanlı fəal zindana köçürülüb.Səhənd şəhərində öz ata evində yaxalanan Vəhid Həbibçeşmə 42 gün Təbriz ETTELAATının təcridxanasında saxlanıldıqdan sonra avqustun 6-da (mordadın 16-da) Təbriz mərkəzi zindanının karantin bölümünə (bənd) intiqal edilib.Qeyd edək ki, adını çəkdiyimiz azərbaycanlı fəal bundan öncədə tutuqlanıb və təzyiqlərə məruz qalıb. O, 2012-ci il fevralın 21-də ETTELAAT məmurları tərəfindən tutuqlanıb və 80 gün saxlanıldıqdan sonra bəraət hökmü əsasında Təbrizin mərkəzi zindanından azadlığa buraxılmışdır. O, təxminən 1 ay azadlığa buraxıldıqdan sonra təhlükəsizlik qüvvələri tərəfindən yenidən yaxalanıb.
Bu xəbər oxucular tərəfindən 1286 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |