Şrift:
Azərbaycanlı heykəltaraş Ukraynanın xalq artisti oldu
01.04.2019 [10:45] - Diaspor
İncəsənət Akademiyasının dosenti, həmyerlimiz Katib Səfər oğlu Məmmədov "Ukraynanın Xalq artisti" fəxri adına layiq görülüb.

Bu barədə trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Qeyd edək ki, azərbaycanlı heykəltaraş Katib Məmmədov Ukraynanın əməkdar rəssamı, Rusiya Rəssamlıq Akademiyasının akademiki, Fəxri incəsənət xadimi, Ukrayna Rəssamlar İttifaqının, "Ukrayna Azərbaycanlılar Konqresi"nin, Moskva Peşəkar Rəssamlar Yaradıcılıq Birliyinin üzvüdür.

Soydaşımızın əsərləri dünyanın müxtəlif ölkələrində muzeylərdə, qalereyalarda və şəxsi kolleksiyalarda saxlanılır.
Bu xəbər oxucular tərəfindən 755 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed